top
Kuboku kəndimizə gətirən uşaqlar idi - Qəzada ölən futbolçuların məşqçisi DANIŞDI
30 iyul 2026, 11:50
- ↺ +

"Kuboku kəndimizə gətirən uşaqlar idi" - Qəzada ölən futbolçuların məşqçisi DANIŞDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən "Qobu" futbol klubunun oyunçuları Bəhruz Sultanov və Rauf Hüseynov haqqında bir sıra məqamlar məlum olub.

"Qobu" futbol klubunun baş məşqçisi Adil Babayev İdman.Biz-ə açıqlamasında qeyd edib ki, qəzada həyatını itirən hər iki futbolçu əslən Bakının Qobu kəndindən olublar.

Adil Babayev xatırlayır ki, hələ 2002-ci ildə Bakı Kəndlər Birinciliyi futbol çempionatında "Qobu" klubu qızıl medallara sahib olarkən Bəhruzla Rauf klubun əsas futbolçuları olub və kuboku kəndə gətirən heyətin üzvləridirlər.

Qobulu mütəxəssis həyatlarını itirən gənclərin keçdiyi idman yolu barədə də danışıb:

"Bəhruzla Rauf futbola 1995-ci ildə Lökbatan qəsəbəsində yerləşən "Neftçi" İdman Klubunda başlayıblar. Hər iki futbolçu ilk "Qaradağ Lökbatan" klubunun heyətində Azərbaycan birinci liqasında komandanın aparıcı futbolçuları olublar".

"Qobu"nun baş məşqçisi bildirib ki, Bəhruz Sultanov bir müddət sonra seçimlərdə özünü yaxşı tərəfdən göstərərək "Xəzər Lənkəran"ın heyətinə cəlb edilib:

"Daha sonra Bəhruz Sultanov AZAL klubunun heyətində Azərbaycan Premyer Liqasında oynadı. Sonuncu oynadığı yer isə "Qobu" futbol klubu olub. Bəhruz ailəli deyildi".

Adil Babayev qəzada həyatını itirən digər futbolçu Rauf Hüseynov barədə də qısa məlumat verib.

"Rauf "Qaradağ Lökbatan"da özünü yaxşı tərəfdən göstərəndən sonra "Turan Tovuza"a dəvət almışdı. Lakin Qobuda həm də məşqçi kimi çalışdığına görə, Tovuza getməkdən imtina etmişdi. Ailəli idi, özündən sonra üç uşağı yadigar qaldı".

Adil Babayev futbolçuların həyatlarını itirdikləri ağır qəza haqqında da danışıb:

"Baş verən məlum yol-nəqliyyat hadisəsi haqqında geniş məlumatımız yoxdur. Ancaq bir fakt məlumdur ki, qəza vaxtı sükan arxasında Rauf Hüseynov olub. Mən bir məşqçi kimi öz zəhmətimi onlara halal edirəm. Allah rəhmət etsin".

Məlumat üçün əlavə edək ki, ötən gün axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, "Ford"un sürücüsü isə xəsarətlər alıb. Qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar. Qeyd edək ki, "Qobu" 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Dünən, 09:37

Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb

Bütün Xəbərlər
Dünən, 09:26

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Bütün Xəbərlər
Dünən, 00:20

6 il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Bütün Xəbərlər
07 oktyabr 2026, 15:36

Prezident İlham Əliyev Prezident Vladimir Putinə zəng edib

Bütün Xəbərlər
07 oktyabr 2026, 13:08

Sabah Bakıda hava yağmursuz olacaq

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:32

QMİ sədri: "Süni intellekt insanı ibadətdə əvəz etməməlidir"

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:15

Əli Nağıyev: "İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq"

Bütün Xəbərlər
07 oktyabr 2026, 10:05

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Oxşar xəbərlər