"Julien"s Auctions" hərrac evi 7–9 dekabr tarixlərində keçiriləcək "Michael Jackson: The Fashion Legacy Auction" hərracını elan edib. Hərracda pop kralının ən məşhur qarderob nümunələri satışa çıxarılacaq:
"Thriller" klipindən orijinal gödəkçə: 2011-ci ildə 1,8 milyon dollara satılan geyim üçün BƏƏ-də keçiriləcək Hərracda yeni qiymət rekordunun vurulacağı gözlənilir.
"Motown 25" çıxışından qaşlı əlcək: Təxmini dəyəri $600 000 – $800 000.
"Motown 25" çıxışından "Florsheim" loferlər: Təxmini dəyəri $60 000 – $80 000.
"Thriller" klipindən xoreoqraf Maykl Pitersə imzalı loferlər: Təxmini dəyəri $30 000 – $50 000.