top
Media və Yayım Şurası yaradılır
Bu gün, 11:35
- +

Media və Yayım Şurası yaradılır

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.

Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:

- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;

- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;

- jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;

- əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;

- audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;

- cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;

- media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;

- nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;

- media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;

- dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;

- dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;

- media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;

- informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;

- mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;

- media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;

- Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;

- Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;

Yeni quruma əlavə olaraq aşağıdakı vəzifələr şamil olunacaq:

- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

- media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;

- "Reklam haqqında" qanuna uyğun olaraq sosial reklamlar sifariş vermək;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;

- istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

- səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;

- "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;

- strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək.

Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçəcəklər.

Qeyd edilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.

Bu baxımdan, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.

"Media haqqında" qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Mənbə: apa.az


Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:29

Prezidentlər İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Bütün Xəbərlər
Bu gün, 11:53

Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:11

Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub

Bütün Xəbərlər
Bu gün, 09:58

Hikmət Hacıyev: "Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir"

Bütün Xəbərlər
Dünən, 17:06

Bəhlul Mustafazadə və Musa Qurbanlının son durumu - Klubdan AÇIQLAMA

Bütün Xəbərlər
Dünən, 15:24

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib - FOTO

Bütün Xəbərlər
Dünən, 12:04

Prezident: "Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu"

Bütün Xəbərlər
Dünən, 11:30

Prezident İlham Əliyev: "Tramp sülhsevər və sülhü gətirə biləcək insandır"

Bütün Xəbərlər
Dünən, 11:10

Azərbaycan Prezidenti: "Zəngəzur dəhlizi vacib layihədir"

Bütün Xəbərlər
Dünən, 11:04

DİN vətəndaşlara çağırış edib: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

Bütün Xəbərlər
Dünən, 11:01

Prezident: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək

Bütün Xəbərlər
Dünən, 10:37

Prezident İlham Əliyev: "Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi"

Bütün Xəbərlər
Dünən, 09:57

Prezident: "Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq"

Bütün Xəbərlər
Dünən, 09:51

Prezident: "Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"

Bütün Xəbərlər
Dünən, 09:47

Aydın Süleymanlı sürətli şahmat turnirini ikinci pillədə başa vurub

Bütün Xəbərlər
Dünən, 09:32

FHN: Ötən həftə ərzində 560 yanğına çıxış olub, 12 nəfərin meyiti təhvil verilib

Bütün Xəbərlər
Dünən, 09:29

Prezident: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır

Bütün Xəbərlər
Dünən, 09:22

Prezident İlham Əliyev: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik

Bütün Xəbərlər
Dünən, 09:20

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışıb

Bütün Xəbərlər
Dünən, 09:16

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir

Bütün Xəbərlər
12 iyul 2026, 00:01

Tovuz döyüşlərinin başlamasından altı il keçir

Bütün Xəbərlər
11 iyul 2026, 17:35

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün Xəbərlər
11 iyul 2026, 12:51

21 yaşlı Fatiməni qətlə yetirən xalası oğlu saxlanıldı

Oxşar xəbərlər