top
Məmməd Musayevlə əlbir olub 100 milyonu yeyiblər - Vəzifəli şəxslər həbs edildi
24 iyul 2026, 13:48
- +

Məmməd Musayevlə əlbir olub 100 milyonu "yeyiblər" - Vəzifəli şəxslər həbs edildi

Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus "Aqrarkredit" (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb.

Qafqazinfo.az xəbər verir ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

Əməliyyat nəticəsində "Şurabad quşçuluq" MMC-nin direktoru Fuad Süleymanov, "Şurabad broyler"in direktoru Tofiq Musayev, "Salyansüd" MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.

İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə "Aqrarkredit" QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib, məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Qafqazinfo"nun əldə etdiyi digər məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində "Aqrarkredit" QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Onlardan bəziləri Konfederasiya prezidentinin yaxınlarıdır. Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib.

Qeyd edək ki, "Aqrarkredit" QSC (Bank olmayan kredit təşkilatı) səhmləri tamamilə dövlətə məxsus olan maliyyə qurumudur. QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir. "Aqrarkredit"in 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, QSC-dən kənarlaşdırılıb.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:36

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Bütün Xəbərlər
Bu gün, 12:21

DSX-nin hərbi qulluqçuları təltif edilib - SİYAHI

Bütün Xəbərlər
Bu gün, 12:13

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
Bu gün, 12:10

Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib

Bütün Xəbərlər
Bu gün, 11:55

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

Bütün Xəbərlər
Bu gün, 11:49

Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib

Bütün Xəbərlər
Bu gün, 11:22

Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:56

Aktrisa Heyden Panettyer vəfat edib

Bütün Xəbərlər
Bu gün, 10:47

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

Bütün Xəbərlər
Bu gün, 09:57

Azərbaycanlı gənc Oksford Universitetində Hüquq təhsili alacaq

Bütün Xəbərlər
Bu gün, 09:36

"Bloomberg": Yaxın Şərq ölkələri Hörmüz boğazından gizli neft ixrac edir

Bütün Xəbərlər
Bu gün, 09:17

Premyer Liqada I tura bu gün yekun vurulacaq

Bütün Xəbərlər
15 avqust 2026, 17:34

Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı

Bütün Xəbərlər
15 avqust 2026, 13:50

Sabah hava necə olacaq?

Bütün Xəbərlər
15 avqust 2026, 11:06

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bütün Xəbərlər
15 avqust 2026, 10:38

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Bütün Xəbərlər
14 avqust 2026, 14:53

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün Xəbərlər
14 avqust 2026, 14:29

Kobaxidze Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edib

Bütün Xəbərlər
14 avqust 2026, 14:00

Hesablama Palatasına yeni səlahiyyətlər verilib

Bütün Xəbərlər
14 avqust 2026, 13:58

Azərbaycanda "Dövlət auditi" informasiya sistemi yaradılır

Bütün Xəbərlər
14 avqust 2026, 11:49

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Bütün Xəbərlər
14 avqust 2026, 10:53

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Bütün Xəbərlər
14 avqust 2026, 10:50

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Bütün Xəbərlər
14 avqust 2026, 09:49

Xankəndi şəhərinə növbəti köç yola salınıb

Oxşar xəbərlər