top
Messinin atası ilə bağlı yalan xəbər aparıcının işindən etdi
19 iyun 2026, 13:52
- ↺ +

Messinin atası ilə bağlı yalan xəbər aparıcının işindən etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Argentina millisinin kapitanı Lionel Messinin ailəsi ilə bağlı yalan xəbər ciddi rezonansa səbəb olub.

İdman.Biz xəbər verir ki, argentinalı aparıcı Florensiya Penya Luzu TV-də yayımlanan "El Show del Verano" proqramında Messinin atası Xorxe Messinin vəfat etdiyini bildirib.

Aparıcı bu məlumatı canlı efirdə səsləndirdikdən sonra xəbər sosial şəbəkələrdə sürətlə yayılıb. Lakin qısa müddət sonra informasiyanın həqiqətə uyğun olmadığı ortaya çıxıb.

Messi ailəsi ayrıca açıqlama yayaraq Xorxe Messinin sağ olduğunu bildirib. Açıqlamada onun səhhətində problem olduğu, həkim nəzarətində qaldığı və müalicəsinin müsbət istiqamətdə davam etdiyi qeyd olunub. Ailə eyni zamanda bu cür həssas mövzularda yoxlanılmamış məlumatların yayılmasını tənqid edib.

Hadisədən sonra Florensiya Penya ictimaiyyət qarşısında üzr istəyib və səhvini etiraf edib. O, yayılan məlumatın efir zamanı ona çatdırıldığını, lakin bunun yoxlanılmadan səsləndirilməsinin ciddi yanlışlıq olduğunu bildirib.

Luzu TV rəhbərliyi də baş verənlərə görə təəssüfünü ifadə edib. Kanal yoxlanılmamış və şəxsi xarakterli məlumatların efirdə yayılmasını qəbuledilməz sayıb. Bundan sonra hadisəyə görə məsul şəxslərlə yolların ayrıldığı açıqlanıb. Florensiya Penya da proqramdakı fəaliyyətini dayandırıb.

DÇ-2026 zamanı yayım səhvləri bununla bitməyib. Bir neçə gün əvvəl TRT-nin şərhçisi Murat Ekrem Çimen də İran - Yeni Zelandiya matçında komandaları qarışıq saldığına görə dünya çempionatı yayım qrupundan uzaqlaşdırılıb. O, oyunun ilk dəqiqələrində İranı Yeni Zelandiya, Yeni Zelandiyanı isə İran kimi təqdim edib. Səhv təxminən dörd dəqiqə davam edib və yalnız ekranlarda Mehdi Tareminin adı göründükdən sonra düzəldilib. Hadisədən sonra TRT üzr istəyib və məsələ ilə bağlı xidməti araşdırma başladıldığını açıqlayıb.

Qeyd edək ki, Xorxe Messi uzun illərdir Lionel Messinin agenti və əsas təmsilçisi kimi tanınır. Argentina millisinin kapitanı DÇ-2026-da Əlcəzairə qarşı 3:0 hesabı ilə qalib gəldikləri oyunda emosional anlar yaşamışdı. Bundan sonra onun atası ilə bağlı müxtəlif iddialar yayılmış, lakin ailə ölüm xəbərini qəti şəkildə təkzib etmişdi.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:56

Prezident: "Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"

Bütün Xəbərlər
Bu gün, 13:35

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 13:31

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bütün Xəbərlər
Bu gün, 13:18

Ağır cinayətləri sifariş etməkdə ittiham olunan "Dəyirman Vahid"ə hökm oxundu

Bütün Xəbərlər
Bu gün, 13:12

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 11:43

Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 10:56

Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanovun vəziyyəti açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 10:41

Prezident: "Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

Bütün Xəbərlər
Bu gün, 10:20

Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Bütün Xəbərlər
Bu gün, 09:38

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Bütün Xəbərlər
Bu gün, 09:21

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Bu gün, 09:16

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:04

Prezident İlham Əliyev: "Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik"

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Dünən, 09:37

Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb

Bütün Xəbərlər
Dünən, 09:26

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Oxşar xəbərlər