Samux rayonu ərazisindəki "Mingəçevir" su anbarında 1 nəfər batıb. Bu barədə bu gün, 13 oktyabr tarixində İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Mingəçevir şəhər sakini, 52 yaşlı Sərdar Bayramov balıqçı olub və yaxınları onun dünəndən itkin düşdüyünü bildirib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Axtarışlar davam edir.