top
Minkənd Kiçik Su Elektrik Stansiyasının açılışı olub, Tekstil Klasteri layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub
Bu gün, 12:08
- ↺ +

"Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında "Textile Horizon" MMC-nin "Tekstil Klasteri" layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyev, "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və "Global Textile Group"un sədri Muzaffar Razakov müəssisənin onlayn formatda təməlinin qoyulmasını bildirən düyməni basdılar.

Qeyd edək ki, ötən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilən "Textile Horizon" MMC-nin təsisçiləri "Azərşəkər" MMC, "Global Textile" LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur. Layihə çərçivəsində pambıq əkinindən başlayaraq, mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Müəssisə Mingəçevir Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Sahəsi 11,2 hektar olan müəssisədə ildə 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsalı nəzərdə tutulur. Məhsulların daxili bazarla yanaşı, ixracı da planlaşdırılır.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 26-da Bakıda Konqres Mərkəzində onlayn formatda Laçın rayonunda "Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı olub.

Prezident İlham Əliyev və Türkiyənin "Demirören Holdinq"inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn formatda açılışını bildirən düyməni basdılar.

Qeyd edək ki, dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihəyə daxil olan "Minkənd" Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.

Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarını əhatə edən layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir. Ümumi dəyəri 53,2 milyon manat olan layihəyə "Minkənd", "Qalaca-1", "Qalaca-2", "Malıbəy" və "Tərtər-1" kiçik su elektrik stansiyaları daxildir. Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Onların istismar müddəti 30 ildir. Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı 44,1 milyon kVt/ saatdır. Layihəyə işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar tətbiq edilib, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib.

Layihə ilə bağlı fəaliyyət göstərən "Green Karabakh Energy" MMC-də "Demirören Holdinq" və Azərbaycan Biznesinin İnkişafı Fondu iştirak payına malikdir.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:44

Eyfelin fonunda zibil mənzərəsi müzakirələrə səbəb olub - VİDEO

Bütün Xəbərlər
Bu gün, 12:40

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:37

"Həkim kimi əmin edirəm ki, Müctəba tamamilə sağlamdır" – Pezeşkiyan/VİDEO

Bütün Xəbərlər
Bu gün, 11:57

Laçında traktor minaya düşüb

Bütün Xəbərlər
Bu gün, 11:55

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Bu gün, 10:22

Corcina nişan üzüyü ilə tennis ulduzunu geridə qoydu - VİDEO

Bütün Xəbərlər
Bu gün, 09:30

Prezident İlham Əliyev: "Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir"

Bütün Xəbərlər
Bu gün, 09:24

Səmərqənddə FİDE-nin prezident seçkiləri keçirilir və tədbirdə Azərbaycan da təmsil olunur

Bütün Xəbərlər
Bu gün, 09:16

Prezident İlham Əliyev: "Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər"

Bütün Xəbərlər
Bu gün, 09:15

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir

Bütün Xəbərlər
Dünən, 17:47

"Miss Yamayka" "Miss Kainat" təşkilatını məhkəməyə verib - VİDEO

Bütün Xəbərlər
Dünən, 17:17

NAVAI mühafizəçisinə avtomobil hədiyyə etdi - VİDEO

Bütün Xəbərlər
Dünən, 17:15

F1 təqviminin ən dar nöqtəsi: Bakıda 8 və 9-cu döngələr - VİDEO

Bütün Xəbərlər
Dünən, 16:06

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Bütün Xəbərlər
Dünən, 15:46

Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bütün Xəbərlər
Dünən, 15:39

XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinə ziddir

Bütün Xəbərlər
Dünən, 15:37

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Bütün Xəbərlər
Dünən, 12:31

Prezident İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:24

BMT zalında təmirə ehtiyacı olan kreslolar

Bütün Xəbərlər
Dünən, 12:16

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Dünən, 12:07

Prezident İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib

Bütün Xəbərlər
Dünən, 11:48

Prezident İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Bütün Xəbərlər
Dünən, 11:25

Yerəvan və Bakı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq etmək barədə razılığa gəliblər

Oxşar xəbərlər