top
Müəllimini güllələyən Əli: Mənə deyirdi ki, Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur - TƏFƏRRÜAT
28 iyul 2026, 16:00
- ↺ +

Müəllimini güllələyən Əli: "Mənə deyirdi ki, "Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur" - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu il fevralın 6-da "İdrak" liseyində müəllimini güllələyən şagirdin atasına hökm oxunub.

44 yaşlı Samir Şirinov məhkəmənin qərarı ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzasına məhkum edilib.

Insanoid.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 230-cu (Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən Samir Şirinov ifadəsində bildirib ki, 2 ədəd silahı olub, onlardan birini 20 il əvvəl, digər silahı isə 13-14 il əvvəl (oğlunun istifadə etdiyi silahı) əldə edib.
"Silahı yaşadığım evdə dəmir seyfdə saxlayırdım. 2016-cı ilə qədər Sumqayıt şəhərində yaşamışıq, silahlar da qeydiyyatda olub. 2016-cı ildən isə Bakı şəhərinə köçdüyüm üçün silahları da özümlə bərabər gətirmişəm. Bundan sonra il ərzində 2 dəfə 6 aydan bir polis əməkdaşları silahlarıma baxış keçirib.

Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirib ki, o, səhhətində yaranmış problemlərə görə uzun müddətdir ki, ova gedə bilməyib, silahlar isə həmişə seyfdə olub. Əli ilk dəfə 2025-ci ilin sentyabrında polis əməkdaşları silaha baxış keçirərkən silahları görüb:

"Həmin silahların ov silahı olduğunu bildirərək, hətta sənədləri ilə də onu tanış etmişəm. Seyf köhnə olduğuna görə qapısı çətinliklə açılırdı. Oğlum Əlinin silaha heç vaxt meyli yox idi. Əli ailəmizdə olan xeyir işə baş qarışdığından qarderob otağının açıq qalmasından istifadə edərək otağa daxil olub". 
Təqsirləndirilən şəxs sonda baş verən hadisənin onları dərin sarsıtdığını, belə bir hadisənin baş verməsinə, müəllimənin zərərçəkməsinə görə təəssüfləndiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs, "İdrak" liseyinin ingilis dili müəllimi olan Şəhla Kamilova ifadəsində göstərib ki, şagirdi olmuş Əlinin belə bir hərəkət edəcəyini heç vaxt düşünməyib:
"Əlidən bu vaxta qədər özümə qarşı heç bir aqressiv hərəkət görməmişdim. Ondan belə bir hərəkəti gözləməzdim. Hadisə anidən baş verib, həmin an Əlini ümumiyyətlə görməmişdim. Öncə heç nə başa düşmədim, hətta mənə elə gəldi ki, təzyiqim aşağı düşüb. Sonradan isə boynumun arxasından isti nə isə axdığını hiss etdim. Uşaqlardan "Əli elədi" dediklərini eşitdim və köməyə adam çağırılmasını xahiş etdim. Boyun nahiyəmdən xəsarət almışam. Boyun fəqərələrimə 22 qırma daxil olub, 16 qırma çıxarılsa da, 6-sı hələ də qalıb".
Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını məhkəmədən nəzərə alınmasını xahiş edib.

Əli isə ifadəsində qeyd edib ki, silahı ilk dəfə Bakıya təzə köçəndə, polis əməkdaşları tərəfindən silaha baxış keçirilərkən görüb. Ondan sonra silahın olduğu qabı yeni il tədbirinə hazırlaşanda atasından qalstuk istəyərkən qarderob otağında qutuların arxasından görüb:
"Evdə hamının başı bacımın nişan mərasiminə qarışdığı bir vaxtda isə təsadüfən qarderob otağının açıq olduğunu gördüm və silahı götürərək sinif yoldaşlarıma göstərmək istədim. Çünki həmin vaxt yadıma düşdü ki, bir dəfə sinif yoldaşlarımla danışanda silahımız olduğunu desəm də, inanmamışdılar.". 

Əli Şirinov bildirib ki, sabah səhər tezdən oyananda özü qəsdən evdə bərk gəzib ki, kimsə səsə gəlib ona sual versin ki, idman çantasında nə var və silahın çantada olmasını bilib ondan götürsünlər:

"Səhərə kimi həyəcandan yata bilmədim. Səhər tezdən yuxudan duraraq evdə səs-küy saldım lakin nə atam, nə də anam yuxudan durmadı. Arzu edirdim ki, kimsə mənə mane olsun, lakin belə olmadı və beləcə çantanı özümlə apardım".

Bu hərəkəti nə üçün etdiyini ifadəsinə əlavə edən Əli, ona verilən suallara cavab olaraq müəllimin onunla yaxşı rəftar etmədiyini, ona "sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur" kimi ifadələr işlətdiyini deyib. Əlinin sözlərinə görə, o da elə onu qorxutmaq üçün silahdan istifadə etdiyini, lakin yenə də səbəbinin ona bəlli olmadığını bildirib.

Xatırladaq ki, insident bu il fevralın 6-da "İdrak" liseyində baş veribMəhkəmə istintaqı hazırda davam edir.

Mənbə: Lent.az

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Dünən, 09:37

Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb

Bütün Xəbərlər
Dünən, 09:26

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Bütün Xəbərlər
Dünən, 00:20

6 il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Bütün Xəbərlər
07 oktyabr 2026, 15:36

Prezident İlham Əliyev Prezident Vladimir Putinə zəng edib

Bütün Xəbərlər
07 oktyabr 2026, 13:08

Sabah Bakıda hava yağmursuz olacaq

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:32

QMİ sədri: "Süni intellekt insanı ibadətdə əvəz etməməlidir"

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:15

Əli Nağıyev: "İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq"

Bütün Xəbərlər
07 oktyabr 2026, 10:05

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Oxşar xəbərlər