Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib. Bu haqda İnsanoid bu gün, 5 yanvar tarixində Qaynarinfo-ya istinadən xəbər verir.
COP28-un "X" səhifəsində bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un prezidenti Muxtar Babayevə və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə işlərində uğurlar arzulanıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək.