top
Netflix, eBay və Anthropic Azərbaycanda vergi uçotuna alınıb
24 avqust 2026, 10:25
- ↺ +

"Netflix", "eBay" və "Anthropic" Azərbaycanda vergi uçotuna alınıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda vergi uçotunda olmayan şəxslərə elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformasının ölkəmizdəki illik dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentini keçdikdə, həmin şirkətlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu tələb cari ilin sentyabr ayında qüvvəyə minəcək.

Yeni qaydaların tətbiqinə hazırlıq məqsədilə Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformaları ilə məlumatlandırma və kommunikasiya işləri aparılır. Hazırda qeydiyyat prosesi davam edir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeydiyyata alınmış elektron ticarət platformaları barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir və bu günədək qeydiyyatdan keçmiş şirkətlərin siyahısı ilə həmin səhifədə tanış olmaq mümkündür.

"Yeni mexanizm yalnız vergi orqanlarında uçotda olmayan şəxslərə göstərilən elektron xidmətlərə şamil edilir. Belə şəxslərə təqdim edilən rəqəmsal xidmətlər üzrə ƏDV qeyri-rezidentlər tərəfindən dövlət büdcəsinə ödəniləcək.

Rəqəmsal xidmətlərdən sahibkarlıq məqsədilə istifadə edən və vergi uçotunda olan şəxslər qeyri-rezident elektron ticarət platformasının sistemində VÖEN-lərini düzgün qeyd etməlidirlər. VÖEN-lər daxil edildiyi halda qeyri-rezident elektron ticarət platforması ƏDV-ni xidmətin dəyərinə əlavə etmir və vergi ödəyicisindən tutmur, xidmətdən istifadə edən vergi ödəyicisi isə müvafiq ƏDV-ni qanunvericilikdə nəzərdə tutulmuş qaydada özü hesablayaraq dövlət büdcəsinə ödəyir. Buna görə də vergi ödəyiciləri xidmətlərdən istifadə edərkən vergi statuslarına dair məlumatları düzgün və tam təqdim etməlidirlər.

Bununla yanaşı, yeni mexanizmin əhatə etdiyi elektron xidmətlərin dairəsi müvafiq qanunvericiliklə müəyyən edilib. Belə ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, elektron ticarət çərçivəsində təqdim edilən iş və xidmətlərə elektron kitabların, musiqi, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların və proqram təminatlarının yüklənməsi, internetdə reklamların yerləşdirilməsi, eləcə də internet vasitəsilə göstərilən digər oxşar xidmətlər aiddir", - deyə sorğuya cavabda vurğulanıb.

Əlavə olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha 4 beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

Qeydiyyata alınmış şirkətlər ABŞ-nin "Anthropic, PBC" və "Aghanim Inc.", İsveçrənin "eBay Marketplaces GmbH", eləcə də Niderlandın "Netflix International B.V." şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Bu gün, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Bu gün, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Bu gün, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Bu gün, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Bu gün, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Bu gün, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Bu gün, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Bu gün, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Bu gün, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Bu gün, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Bu gün, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Bu gün, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Bu gün, 09:37

Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb

Bütün Xəbərlər
Bu gün, 09:26

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Bütün Xəbərlər
Bu gün, 00:20

6 il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Bütün Xəbərlər
Dünən, 15:36

Prezident İlham Əliyev Prezident Vladimir Putinə zəng edib

Bütün Xəbərlər
Dünən, 13:08

Sabah Bakıda hava yağmursuz olacaq

Bütün Xəbərlər
Dünən, 11:32

QMİ sədri: "Süni intellekt insanı ibadətdə əvəz etməməlidir"

Bütün Xəbərlər
Dünən, 11:15

Əli Nağıyev: "İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq"

Bütün Xəbərlər
Dünən, 10:05

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Bütün Xəbərlər
Dünən, 09:35

DİM prokurorluq orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçirəcək

Bütün Xəbərlər
Dünən, 09:12

Gömrükdə yarım milyon manatdan artıq dəyəri olan dərman aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Bütün Xəbərlər
06 oktyabr 2026, 16:44

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB

Bütün Xəbərlər
06 oktyabr 2026, 16:03

DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

Bütün Xəbərlər
06 oktyabr 2026, 15:56

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
06 oktyabr 2026, 15:16

Korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumu həlak olsa, ailəsinə 20 min manat ödəniləcək

Bütün Xəbərlər
06 oktyabr 2026, 15:14

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Bütün Xəbərlər
06 oktyabr 2026, 13:02

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib - FOTO

Bütün Xəbərlər
06 oktyabr 2026, 12:48

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Oxşar xəbərlər