Pakistana turist kimi səfər edən 23 yaşlı Diana Bağıyevanı satan Maskan adlı qadın polis tərəfindən saxlanılıb.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl hadisədə şübhəli bilinən üç nəfər tutulub və cinayətdə istifadə olunan avtomobil müsadirə edilib.
Zərərçəkənin ifadəsinə görə, o, kafedə görüşdüyü rəfiqəsi Maskan və onun tanışı Nimranın evinə gedib. Gecə saatlarında evə gələn kişilər tərəfindən bir otağa kilidlənərək təcavüzə məruz qalıb.
Günahını boynuna almayan Maskan tibbi müayinədən imtina edib.
Qeyd edək ki, bundan əvvəl Dera Qazi xan şəhərində də oxşar hadisə baş verib və xarici turist qadın təcavüzkarlara 30 min rupiyə (təxminən 530 manat) satılıb.