top
Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 19:37
- +

Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Bu barədə Paşinyan Hessen Sülh Mükafatını aldığı mərasimdə bildirib.

"Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Eləcə də Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm. Münaqişənin səbəb olduğu çətinliklərə, insan itkilərinə və iztirablara baxmayaraq, onlar keçmişi dəyişə bilməyəcəklərini, lakin bugünü və gələcəyi dəyişə biləcəklərini anlayaraq sülhü qəbul etdilər və dəstəklədilər", - Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, sülhün bərqərar olması üçün əsas 2025-ci il avqustun 8-də Vaşinqton sammitində onun və İlham Əliyevin qəbul etdiyi, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış birgə bəyannamə olub.

Baş nazir qeyd edib ki, 2024-cü ildə ölkələr sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyət reqlamentini imzalayıb və ratifikasiya ediblər. Sənəd 1991-ci il Alma-Ata bəyannaməsini bu prosesin əsas prinsipi kimi təsbit edib.

"Bu o deməkdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu prinsip həmçinin xarici işlər nazirlərimizin Vaşinqton sülh sammiti zamanı parafladığı Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə təsbit edilib", - o əlavə edib.

Paşinyan sazişin paraflanmasını və birgə bəyannamənin qəbul edilməsini Ermənistan və Azərbaycan münasibətlərində tarixi irəliləyiş adlandırıb.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 20:20

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Bütün Xəbərlər
Bu gün, 19:20

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Bütün Xəbərlər
Bu gün, 19:03

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bütün Xəbərlər
Bu gün, 16:10

Sabah rayonlarda arabir yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 10:08

"Formula 1" ilə əlaqədar Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yollar - SİYAHI

Bütün Xəbərlər
Bu gün, 09:34

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək

Bütün Xəbərlər
Dünən, 17:06

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub

Bütün Xəbərlər
Dünən, 17:04

Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB

Bütün Xəbərlər
Dünən, 17:02

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 16:25

Tərtər məktəbi ilə bağlı valideynlərin narazılığı araşdırılıb - RƏSMİ AÇIQLAMA

Bütün Xəbərlər
Dünən, 16:20

Prezident İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

Bütün Xəbərlər
Dünən, 15:53

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Bütün Xəbərlər
Dünən, 13:04

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər

Bütün Xəbərlər
Dünən, 12:47

Sabahın hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
Dünən, 12:06

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bütün Xəbərlər
Dünən, 12:03

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bütün Xəbərlər
Dünən, 11:35

Naxçıvandan Monqolustana hava dəhlizi açılır — Saziş parlamentdə müzakirə olundu

Bütün Xəbərlər
Dünən, 11:13

Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu

Bütün Xəbərlər
Dünən, 10:49

Prezident İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Dünən, 10:04

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib

Bütün Xəbərlər
Dünən, 09:35

UEFA Avropa Liqası: "Beşiktaş" bu gün "Marsel"i qəbul edəcək

Bütün Xəbərlər
Dünən, 09:00

"Şərikli çörək"in ssenaristi dünyasını dəyişdi

Bütün Xəbərlər
16 sentyabr 2026, 17:49

Sentyabrın son 15 günü: Hansı bürcləri pul sürprizi gözləyir?

Oxşar xəbərlər