top
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 12:37
- +

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumunda səmimi-qəlbdən salamlayıram.

Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır. Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Əminəm ki, builki tədbir də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olacaqdır.

Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir.

Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.

Xüsusilə müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur. Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır.

Təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir. Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır.

Əminəm ki, builki Forum çərçivəsində aparılacaq müzakirələr müasir qlobal təhlükəsizlik çağırışlarının daha dərindən dərk edilməsinə, onların qarşısının alınması istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsinə, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradacaq, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və gələcək nəsillər naminə daha sabit və təhlükəsiz dünyanın formalaşdırılmasına xidmət edəcəkdir.

IV Bakı Təhlükəsizlik Forumunun işinə uğurlar, bütün iştirakçılarına isə səmərəli müzakirələr və məhsuldar əməkdaşlıq arzulayıram".

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:10

Özəl tibb müəssisəsi 6 min, direktoru 3 min manat cərimələnib

Bütün Xəbərlər
Bu gün, 12:52

İş adamının yeniyetmə nəvəsinin qadını güllələməsinin TƏFƏRRÜATI

Bütün Xəbərlər
Bu gün, 12:47

DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikaları yol qəzalarına şərait yaradır

Bütün Xəbərlər
Bu gün, 12:31

Sabah Azərbaycanda 34 dərəcə isti olacaqс

Bütün Xəbərlər
Bu gün, 12:02

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Bütün Xəbərlər
Bu gün, 09:10

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri bəlli olub

Bütün Xəbərlər
Dünən, 16:39

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar visa prosedurları sadələşdirilir - SƏRƏNCAM

Bütün Xəbərlər
Dünən, 16:17

Zahid Oruc tıxacların günahkarını açıqladı – Kənddən gələnlər...

Bütün Xəbərlər
Dünən, 16:15

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Bütün Xəbərlər
Dünən, 15:45

Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək

Bütün Xəbərlər
Dünən, 12:27

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:23

Səyyad Aran: Deputatların səlahiyyəti artırılmalıdır

Bütün Xəbərlər
Dünən, 12:04

Xudavəng və Gəncəsər monastırları Albaniya tarixinin mühüm yadigarlarıdır

Bütün Xəbərlər
Dünən, 11:05

Deputat: Yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir

Bütün Xəbərlər
Dünən, 09:40

Nüvə yarışı-dünya hara gedir? - STATİSTİKA

Bütün Xəbərlər
Dünən, 09:39

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Dünən, 09:35

Ağdaşda yeniyetmə səhvən qonşusunu güllələdi

Bütün Xəbərlər
Dünən, 09:30

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bütün Xəbərlər
20 sentyabr 2026, 10:00

1500 illik məzardan qızılla örtülmüş ayaqqabılar tapıldı - FOTO

Bütün Xəbərlər
20 sentyabr 2026, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün Xəbərlər
19 sentyabr 2026, 18:19

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün Xəbərlər
19 sentyabr 2026, 15:47

Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Bütün Xəbərlər
19 sentyabr 2026, 14:58

26 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir: İkisinin fəaliyyəti dayandırılır

Oxşar xəbərlər