top
Prezident İlham Əliyev Qobustan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Bu gün, 12:24
- +

Prezident İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, "Universal International Holdings Limited" şirkətinin baş icraçı direktoru Yi Nan dövlətimizin başçısını qarşıladılar.

Prezident İlham Əliyevə "Qobustan" Günəş Elektrik Stansiyası, "Universal Energy" şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verildi.

Bildirildi ki, Çinin Şanxay şəhərində yaradılmış şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə həllər təqdim edir.

"Universal Energy" Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir.

Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Bakı şəhərinin Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar torpaq sahəsi Günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.

Bu ərazi Günəş elektrik stansiyasının tikintisi məqsədilə hərraca çıxarılıb və Çinin "Universal International Holdings Limited" şirkəti 2024-cü ildə hərracın qalibi olub.

"Qobustan" Günəş Elektrik Stansiyası layihəsi Azərbaycanda hərrac vasitəsilə həyata keçirilən ilk, eyni zamanda, "Universal Energy" şirkətinin ölkəmizdə icra etdiyi birinci layihədir.

Stansiyada Günəş panelləri ilə yanaşı, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tam yerinə yetirilib.

"Qobustan" Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 45 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri də bərpaolunan enerji mənbələrinin geniş tətbiqidir.

Azərbaycanda yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 QVt, Günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir. "Qobustan" Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə ölkəmizdə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt, stansiyaların sayı isə 85 olacaq. Onların da 65-i su elektrik stansiyası (1443,5 MVt), 6-sı külək elektrik stansiyası (306,5 MVt), 9-u Günəş elektrik stansiyası (278,2 MVt), 3-ü hibrid elektrik stansiyası (7,3 MVt), 1-i isə BİO elektrik stansiyasıdır (37 MVt). Bərpaolunan enerji mənbələri ölkəmizin ümumi enerji gücünün təxminən 20,8 faizini təşkil edir. 2027-ci ilin sonunadək təxminən 1,5 QVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihələr ölkəmizin elektrik enerjisi ilə təminatı məsələsinə töhfə verməklə yanaşı, təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını xeyli azaltmağa şərait yaradır.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:32

"Moon Kids" bağçasının direktoruna HÖKM OXUNDU

Bütün Xəbərlər
Bu gün, 13:14

Cavid Qurbanovun əmisi oğluna HÖKM OXUNDU

Bütün Xəbərlər
Bu gün, 12:41

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 11:37

Prezident İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Bütün Xəbərlər
Bu gün, 10:35

Azərbaycan XİN Meksika və Papua Yeni Qvineyanı milli günləri münasibətilə təbrik edib

Bütün Xəbərlər
Bu gün, 09:42

UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür

Bütün Xəbərlər
Bu gün, 09:15

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib - FOTO

Bütün Xəbərlər
Dünən, 17:47

İlham Əliyev: Ermənistanla Azərbaycan arasında sülh prosesi əminəm ki, uzunmüddətli olacaq

Bütün Xəbərlər
Dünən, 16:11

Yardımlı rayonunun İcra başçısı vəzifəsindən azad edilib

Bütün Xəbərlər
Dünən, 15:45

Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Bütün Xəbərlər
Dünən, 11:25

Türkiyə XİN Bakının azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Bütün Xəbərlər
Dünən, 11:23

Qarabağa həyatın qayıtması ilə yanaşı artıq birincilər də məktəbə gedir

Bütün Xəbərlər
Dünən, 09:00

Azərbaycanda Bilik Günüdür

Bütün Xəbərlər
14 sentyabr 2026, 17:10

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi

Bütün Xəbərlər
14 sentyabr 2026, 17:03

Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub

Bütün Xəbərlər
14 sentyabr 2026, 14:12

Xırdalan–Bakı qatarlarının səfər müddəti qısaldılır və reyslərin sayı artırılır

Bütün Xəbərlər
14 sentyabr 2026, 12:35

Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün Xəbərlər
14 sentyabr 2026, 11:54

TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər

Bütün Xəbərlər
14 sentyabr 2026, 10:52

Prezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Bütün Xəbərlər
14 sentyabr 2026, 10:41

Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:54

Azərbycanın bank sektorunda böyük birləşmə: "Access Bank" alınır

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:51

BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:36

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin tərkibi genişlənib

Oxşar xəbərlər