"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi birinci təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə ÇSKA (Bolqarıstan) - "Derri City" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək. Qurban Qurbanovun komandası bu mərhələdəki ilk matçını evdə keçirəcək.