Sülhməramlıların postları ləğv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Ləğv olunan müvəqqəti müşahidə məntəqələri Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında tərəflərin keçmiş təmas xətti boyunca fəaliyyət göstərib.
Məlumatda o da bildirilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.