top
Sabiq bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib
17 iyul 2026, 13:04
- ↺ +

Sabiq bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Culfa rayon Yaycı  bələdiyyəsinin sədri vəzifəsində işləmiş Zülfüqarov Zülfüqar Abbas oğlunun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.

İnsanoid.com xəbər verir ki, istintaqla Zülfüqar Zülfüqarovun 2020-2024-cü illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin mülkiyyət və icarəyə verilməsi qaydalarını pozması nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq məbləğdə zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyənin adından torpaq icarəsi və satışı ilə bağlı bələdiyyə iclas qərarlarına bələdiyyə üzvlərinin adından imza etməsi, həmin sənədləri bələdiyyənin möhürü ilə təsdiqləməsi və sonradan bu sənədlərdən istifadə etməsinə dəlalət edən mötəbər sübutlar əldə edilib.

Zülfüqar Zülfüqarova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Culfa rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Dünən, 09:37

Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb

Bütün Xəbərlər
Dünən, 09:26

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Bütün Xəbərlər
Dünən, 00:20

6 il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Bütün Xəbərlər
07 oktyabr 2026, 15:36

Prezident İlham Əliyev Prezident Vladimir Putinə zəng edib

Bütün Xəbərlər
07 oktyabr 2026, 13:08

Sabah Bakıda hava yağmursuz olacaq

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:32

QMİ sədri: "Süni intellekt insanı ibadətdə əvəz etməməlidir"

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:15

Əli Nağıyev: "İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq"

Bütün Xəbərlər
07 oktyabr 2026, 10:05

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Oxşar xəbərlər