top
Sən canından bezmisən, mən yox — Ötmə əməliyyatı davaya çevrildi
Bu gün, 15:02
- +

"Sən canından bezmisən, mən yox" — Ötmə əməliyyatı davaya çevrildi

Tərtər rayonunda 19 yaşlı oğlan həmyerlisinə xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə 2024-cü ilin avqustun 29-da Tərtər şəhəri, Heydər Əliyev prospektində baş verib. 2007-ci il təvəllüdlü Əmir həmyerlisi Namiqi (adlar şərtidir – red.) küt əşya ilə vurub. 

Həmin gün gecə saat 01:00-da Heydər Əliyev prospekti ərazisində həmkəndlisi Vahid ilə birlikdə sonuncunun idarə etdiyi "Mercedes Benz 190" markalı avtomobillə yaşadıqları kəndə qayıdarkən həmin vaxt eyni markalı avtomobil onları təhlükəli formada ötərək keçib. 

Tərtər rayon sakini Namiqin də sərnişin qismində əyləşdiyi "Mercedes Benz 190" markalı avtomobilin onları təhlükəli ötmə əməliyyatı etməsi və onları sıxışdıraraq yoldan çıxarması səbəbindən mübahisələri yaranıb. 

Bu zaman Əmir Vahidin həmin avtomobilin sürücüsü Elmir, həmçinin avtomobildə sərnişin qismində əyləşmiş Namiq və onun qardaşı Nicatla mübahisə etdiyini görüb, onların mübahisəsinə müdaxilə edib.

Həmin vaxt Namiqin Vahidi döyməsi səbəbindən aralarında mübahisə yaranıb. Namiqin təşəbbüsü ilə baş vermiş mübahisə zamanı onun baş nahiyəsindən qəsdən müəyyən edilməyən küt əşya ilə bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib. 

Əmirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə gecə vaxtı olub:

"Biz köhnə avtovağzalda yerləşən mağazaya getmişdik. Mağazadan alış-veriş edərək oradan da dönər yeməyə getdik. Dönər yeyib qayıdan zaman körpünün üstündə olanda tanımadığım avtomobil ötmə əməliyyatı etdi. Ötmə əməliyyatı edən avtomobil bizim üzərimizə gəldi. Həmin vaxt olduğumuz avtomobilin sürücüsü ötən avtomobili saxlatdırdı və ona belə maşın sürməzlər, nəsə ola bilərdi, avtomobildə adam olduğunu dedi. Ötən avtomobilin sürücüsü cavab olaraq "mən belə sürürəm" dedi və üzərimizə gələn zaman bizim avtomobil səkiyə dəydi. Vahid həmin sürücüyə "sən canından bezmisən, mən canımdan bezməmişəm" ifadəsini səsləndirdi". 

Əmir qeyd edib ki, daha sonra onun yanında olan şəxslər avtomobildən düşüblər: "Sonra mübahisə yarandı və avtomobildə olan şəxslərdən birini vurdum. Mən avtomobilin yanına gələrək onları aralamaq istəmişdim. Buna baxmayaraq onlar üzərimə hücum çəkdiklərindən dalaşmağa məcbur oldum. Zərərçəkmişi taxta parçası ilə vurmuşam". 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq Əmirə 3 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:36

Prezident İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb

Bütün Xəbərlər
Bu gün, 16:15

Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

Bütün Xəbərlər
Bu gün, 16:06

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir Prezident İlham Əliyev tədbirdə iştirak ed

Bütün Xəbərlər
Bu gün, 15:07

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
Bu gün, 14:07

Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb

Bütün Xəbərlər
Bu gün, 12:56

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə MAXE qəbulu elan edir

Bütün Xəbərlər
Bu gün, 12:05

Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Bu gün, 11:35

Laynerdə 14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı

Bütün Xəbərlər
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Bu gün, 11:21

Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 17:54

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edili

Bütün Xəbərlər
Dünən, 17:50

Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritə

Bütün Xəbərlər
Dünən, 14:58

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Bütün Xəbərlər
Dünən, 12:32

Sabah 22 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:41

Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək

Bütün Xəbərlər
Dünən, 10:37

Beynəlxalq axtarışa verilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
Dünən, 10:33

Ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdi üzrə qeydiyyat aparılır

Bütün Xəbərlər
15 aprel 2026, 16:50

Futbol tarixinin ən böyük dövlət cinayəti və illərlə basdırılan həqiqət - ARAŞDIRMA + FOTO

Bütün Xəbərlər
15 aprel 2026, 16:11

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə Azərbaycana kompensasiya ödəyəcək

Bütün Xəbərlər
15 aprel 2026, 13:48

Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ

Bütün Xəbərlər
15 aprel 2026, 13:38

Tağıyev qəsəbəsində uşaqları dəm qazından zəhərlənən ailənin 6 övladı dövlət himayəsində qalacaq

Bütün Xəbərlər
15 aprel 2026, 11:08

Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb

Bütün Xəbərlər
15 aprel 2026, 10:54

Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır

Oxşar xəbərlər