top
Sentyabrın 10-u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür
Bu gün, 10:07
- +

Sentyabrın 10-u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür

2003-cü ildən etibarən hər il sentyabrın 10-u Ümumdünya Səhiyyə Təşkilatı (ÜST,) İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiyanın dəstəyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi ilə Ümumdünya İntiharların Qarşısının Alınması Günü qeyd olunur.

Müasir həyat və iş ritmi, eləcə də bir çox subyektiv amillər insanın müəyyən məqamda öz həyatına qarşı cinayət törətmək – intihar etmək qərarına gəlməsinə səbəb ola bilər. Statistikaya görə, dünyada zorakı ölüm hallarının orta hesabla yarısını intiharlar təşkil edir. İntihar qlobal və faciəvi səhiyyə problemidir. Statistik məlumatlara əsasən, dünyada intihar nəticəsində ölən insanların sayı müharibələr və zorakı qətllər nəticəsində ölənlərin ümumi sayına bərabərdir.

ÜST-nin məlumatına görə, hazırda dünyada hər il 720 mindən çox intihar hadisəsi baş verir, hər 40 saniyədə bir insan intihar nəticəsində həyatını itirir. İntihar 15–29 yaş qrupunda ölümün əsas səbəbləri arasında üçüncü yerdədir. Dünyadakı intiharların 77 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir. Ən aşağı göstəricilər isə Latın Amerikası və İslam ölkələrində qeydə alınır.

İntiharların əsas səbəbləri arasında yoxsulluq, işsizlik, cəzalandırılmaq qorxusu, psixi xəstəliklər, ailədaxili problemlər, güclü emosional sarsıntılar, həyatdan doyma və ağır xəstəliklər göstərilir.

Ekspertlərin fikrincə, heç bir amil insanın nə üçün intihar etdiyini tam şəkildə izah edə bilməz. İntihar davranışı şəxsi, sosial, psixoloji, mədəni, bioloji və ətraf mühitlə bağlı bir sıra amillərin qarşılıqlı təsiri ilə formalaşan mürəkkəb hadisədir. Onların fikrincə, intihara cəhd edən insanların əksəriyyətinin ölmək üçün qəti istəyi olmur. Çox vaxt intihar etmək niyyətində olan insanlar öz niyyətləri barədə açıq şəkildə xəbərdarlıq edirlər. Buna görə də həmin xarakterli bütün təhdidlərə ciddi yanaşmaq lazımdır. Bu baxımdan, İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiya ÜST ilə əməkdaşlıq çərçivəsində ictimaiyyəti və hakimiyyət orqanlarını bu gün insanların intihar nəticəsində itirilə biləcək həyatlarının xilas edilməsinə görə məsuliyyət hissinin gücləndirilməsinə yönəlmiş tədbirlər və aksiyalar keçirməyə çağırır.

Bununla yanaşı, ÜST və digər tərəfdaşlar yalnız intiharların qarşısının alınmasına deyil, intihara cəhd etmiş şəxslərin lazımi müalicə və sonrakı qayğı ilə təmin olunmasına, eləcə də intihar hallarının mediada daha məsuliyyətli və ölçülü şəkildə işıqlandırılmasına çağırırlar. Qlobal səviyyədə ictimaiyyətin məlumatlılığını artırmaq, intiharların qarşısı alına bilən vaxtından əvvəl ölüm səbəblərindən biri olduğunu diqqətə çatdırmaq zəruridir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 09:56

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Bütün Xəbərlər
Bu gün, 09:33

Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb

Bütün Xəbərlər
Bu gün, 09:27

Ağdaş, Tərtər və Yevlaxın, habelə Bakının Yasamal rayonunun bir hissəsində işıq olmayacaq

Yerli xəbərlər
Dünən, 19:03

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Bütün Xəbərlər
Dünən, 15:05

Prezident İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
Dünən, 13:50

Göz rəngini dəyişdirənlər şəxsiyyət vəsiqəsini yeniləməlidir? – HÜQUQİ İZAH

Bütün Xəbərlər
Dünən, 12:36

Sabah Bakıda yağış, bölgələrdə leysan yağacaq

Bütün Xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib

Bütün Xəbərlər
Dünən, 12:11

Ceyhun Bayramov: "Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür"

Bütün Xəbərlər
Dünən, 11:05

Abdullah Zubir klubsuz qaldı

Bütün Xəbərlər
Dünən, 09:50

Xalq artisti Aleksandr Şarovski vəfat edib, Mehriban Əliyeva başsağlığı verib

Bütün Xəbərlər
Dünən, 09:47

Xalq artisti Aleksandr Şarovski vəfat edib

Bütün Xəbərlər
Dünən, 09:28

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Bütün Xəbərlər
Dünən, 09:17

Bakının Yasamal rayonu, Mingəçevir və Yevlaxın isə bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
08 sentyabr 2026, 16:10

AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir

Bütün Xəbərlər
08 sentyabr 2026, 15:57

Tanınmış modelyer Leyla Əhmədova həbs olunub

Bütün Xəbərlər
08 sentyabr 2026, 15:27

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün Xəbərlər
08 sentyabr 2026, 14:18

"Qarabağ" Koxalskinin gedişini rəsmən açıqladı

Bütün Xəbərlər
08 sentyabr 2026, 14:14

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Bütün Xəbərlər
08 sentyabr 2026, 13:00

Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib

Bütün Xəbərlər
08 sentyabr 2026, 12:41

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Bütün Xəbərlər
08 sentyabr 2026, 12:32

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Bütün Xəbərlər
08 sentyabr 2026, 09:12

UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür

Oxşar xəbərlər