top
Sıfırdan peşəkarlığa: Böyük tennisə neçə yaşda başlamaq və elitaya necə yüksəlmək olar? - MÜSAHİBƏ
15 may 2026, 14:54
- ↺ +

Sıfırdan peşəkarlığa: Böyük tennisə neçə yaşda başlamaq və elitaya necə yüksəlmək olar? - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük tennis dünyanın ən nüfuzlu və elit idman növlərindən biri hesab olunur. Lakin Azərbaycanda bir çox valideyn bu idman növü barədə yetərincə məlumatlı deyil. Tennisə maraq göstərənləri isə onun əlçatanlığı və dünya səviyyəsində inkişaf perspektivləri ilə bağlı suallar düşündürür.

Azərbaycan Tennis Federasiyasının rəhbərliyində baş verən son dəyişikliklər fonunda bu idman növünə maraq daha da artıb. Gözlənilir ki, yeniliklər ölkədə tennisin inkişafına əlavə təkan verəcək.

Azərbaycanın böyük tennis üzrə məşqçisi, idman ustalığına namizəd və birinci dərəcəli hakim Anton Saşnikov İdman.Biz-ə müsahibəsində gənc idmançının uğurlu karyera yolunun necə qurulmasından, diqqət yetirilməli vacib məqamlardan və yol verilən əsas səhvlərdən danışıb.

– Uşaqları böyük tennisə hansı yaşda yönləndirmək lazımdır?

– İdeal variant uşağın 3-4 yaşdan tennisə başlamasıdır. Əgər valideynlər onun gələcəkdə peşəkar idmançı olmasını istəyirlərsə, məşqlərə ən gec 7 yaşına qədər başlamaq tövsiyə olunur. Bu yaşdan sonra daha erkən məşqə başlayan yaşıdlarına çatmaq xeyli çətinləşir və daha çox əmək tələb edir. Təbii ki, 3-4 yaşında peşəkarlıqdan danışmaq tezdir. Bu mərhələdə əsas məqsəd uşaqda məşqlərə maraq və sevgi formalaşdırmaqdır.

Tennis uzun və mərhələli inkişaf prosesi tələb edən idman növüdür. Peşəkar səviyyəyə adətən 18 yaşa yaxın çatılır. Əgər uşaq bu idmana 3 yaşından başlayırsa, onu qarşıda təxminən 15 illik hazırlıq yolu gözləyir. Bu müddət ərzində idmançının həm potensialını, həm də davam etmək istəyini müəyyənləşdirməyə imkan verən müəyyən "nəzarət mərhələləri" olur. İlk vacib mərhələ 7 yaş hesab edilir, daha sonra isə 12, 14, 16 və 18 yaşlarda qiymətləndirmələr aparılır. Yaş artdıqca bu yoxlamalar daha tez-tez həyata keçirilir, çünki yeniyetmələrin maraq və prioritetləri zamanla dəyişə bilər.

– Uşaqda potensialın olduğunu necə müəyyən etmək olar?

– Əgər uşaq aktiv və hərəkətlidirsə, həmçinin topu yaxşı tutub atırsa, bu tennis üçün çox yaxşı göstəricidir. Görmə-hərəkət koordinasiyası, tarazlıq hissi, reaksiya, çeviklik və qaçış sürəti vacibdir. Bu keyfiyyətlərə görə uşağın nə dərəcədə hazır olduğunu və potensialının olub-olmadığını anlamaq mümkündür.

– Tennisin uşaqlar üçün üstünlükləri nələrdir?

– Tennis oynayarkən beyin aktiv şəkildə işləyir. İnsan daim topu izləyir, görmə, eşitmə, reaksiya və diqqət eyni vaxtda işə düşür. Elmi şəkildə sübut olunub ki, müntəzəm məşqlər (həftədə təxminən üç dəfə) ömrü uzada bilər.

Hər bir idman növü kimi tennis də uşaqlarda intizam, məsuliyyət və məqsədyönlülük formalaşdırır. Uşaq nəticə qazanmağa çalışır, öz üzərində işləməyi öyrənir. Xüsusilə qrup məşqləri daha faydalıdır. Çünki uşaqlar burada eyni məqsədi paylaşan yaşıdları ilə ünsiyyət qurur, sağlam dost çevrəsi formalaşdırırlar.

Tennisin müəyyən çətin tərəfləri də var. Lakin bunlar əsasən məşq prosesi düzgün qurulmadıqda ortaya çıxır. Məsələn, zədələr və ya uşağın sərbəst vaxtının azalması kimi hallar yaşana bilər. Bu isə digər idman növlərində də rast gəlinən məqamlardır.

– Valideynlər uşaqları böyük tennisə yönləndirərkən adətən hansı səhvlərə yol verirlər?

– Valideynlərin yol verdiyi əsas səhvlərdən biri uşaqları həddindən artıq sərt qiymətləndirmələri və onların nəticələrinə böyüklərin təcrübəsi ilə yanaşmalarıdır. Məsələn, uşaq topa düzgün vura bilməyəndə bunu ciddi problem kimi qəbul edirlər. Halbuki bu, tamamilə normaldır. Təlim prosesi həmişə sadədən mürəkkəbə doğru inkişaf edir. Necə ki, insan inşa yazmazdan əvvəl hərfləri, sonra hecaları, sözləri və cümlələri öyrənir, idmanda da hər şey mərhələli şəkildə formalaşır. Amma bəzən valideynlər uşaqların bu mərhələləri keçmədən dərhal nəticə göstərməsini istəyirlər.

Digər geniş yayılmış problem isə valideynlərin məşq prosesinə həddindən artıq müdaxilə etməsidir. Ən düzgün yanaşma ya ümumiyyətlə qarışmamaq, ya da sadəcə kənardan izləyib məşq zamanı uşağa müdaxilə etməməkdir. Bəzi valideynlər özlərini məşqçi kimi aparmağa çalışırlar. Halbuki onların əsas rolu uşağa dəstək olmaq və onu motivasiya etməkdir. İntizam və tələblərlə bağlı məsuliyyəti isə məşqçi daşımalıdır. Peşəkar mütəxəssis bunu uşağa psixoloji təzyiq göstərmədən və travma yaratmadan etməyi bacarır. Ən ideal model isə maraqlı üçbucağın formalaşmasıdır: uşaq, valideyn və məşqçi.

– Böyük tennis ən bahalı idman növlərindən biri hesab olunur…

– Ümumiyyətlə, peşəkar idman ciddi maliyyə yatırımları tələb edir. Tennisdən danışsaq, məşqçi, kort icarəsi və inventar üçün ödəniş etmək lazımdır. Ən böyük xərclər isə uşaq yaxşı səviyyəyə çatıb turnirlərdə iştirak etməyə başlayanda yaranır. O zaman xaricə səfərlər də əlavə olunur. İnkişaf üçün yarışlarda müntəzəm iştirak etmək vacibdir. Təxminən iki ayda bir dəfə, bəzən isə daha tez-tez. Hər şey yaşdan, hazırlıq səviyyəsindən və inkişaf planından asılıdır.

– Böyük tennis ulduzunu necə yetişdirmək olar?

– Dünya tennis elitasına düşmək çox çətindir. Fiziki hazırlığı düzgün formalaşdırmaq vacibdir. Bunun üçün uşaqların yaş xüsusiyyətlərini nəzərə almaq lazımdır. Müxtəlif dövrlərdə ayrı-ayrı bacarıqları inkişaf etdirmək daha səmərəlidir. Məsələn, elastikliyi 7 yaşa qədər, sürəti isə 13 yaşa qədər inkişaf etdirmək daha effektivdir.

Əgər texnika düzgün qurularsa və idmançı fiziki baxımdan yaxşı hazırlanarsa, o, dünyanın ən yaxşı 300 tennisçisi sırasına düşə bilər. Bundan sonra psixologiya çox böyük rol oynayır. Yüksək səviyyədə peşəkarlar arasında texniki fərq böyük olmur. Daha vacib olan psixoloji dayanıqlıqdır. Bəzən dünya reytinqində ilk 50-liyə daxil olan tennisçi, psixoloji cəhətdən daha yaxşı hazır olduğu halda dünyanın bir nömrəli raketkasını məğlub edə bilər.

Dünya elitasına düşmək üçün çox şeydən keçmək, çalışmaq, təzyiqi, yüklənməni və uğursuzluqları aşmaq lazımdır. Özünə inanmaq və pozitiv düşünmək vacibdir. Bəzən istedadlı idmançılar zirvəyə çata bilmirlər, çünki ən yaxşı ola biləcəklərinə inanmırlar.

– Azərbaycanda böyük tennis məşqlərinə daha çox kimlər maraq göstərir?

– Məşqlərə müxtəlif sahələrdən insanlar müraciət edirlər. Onların arasında daha çox sahibkarlar və uşaqlarının tennisdə inkişafına yatırım etmək imkanı olan valideynlər üstünlük təşkil edir. Hazırda şagirdlərimin təxminən 30 faizini 5 yaşdan kiçik uşaqlar təşkil edir. Bu isə peşəkar idmana başlamaq üçün ən uyğun yaş hesab olunur. Digərləri isə əsasən ümumi fiziki hazırlıq və sağlam inkişaf məqsədilə məşq edirlər.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:21

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

Bütün Xəbərlər
Bu gün, 16:05

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb

Bütün Xəbərlər
Bu gün, 13:56

Prezident: "Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"

Bütün Xəbərlər
Bu gün, 13:35

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 13:31

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bütün Xəbərlər
Bu gün, 13:18

Ağır cinayətləri sifariş etməkdə ittiham olunan "Dəyirman Vahid"ə hökm oxundu

Bütün Xəbərlər
Bu gün, 13:12

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 11:43

Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 10:56

Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanovun vəziyyəti açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 10:41

Prezident: "Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

Bütün Xəbərlər
Bu gün, 10:20

Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Bütün Xəbərlər
Bu gün, 09:38

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Bütün Xəbərlər
Bu gün, 09:21

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Bu gün, 09:16

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:04

Prezident İlham Əliyev: "Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik"

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Oxşar xəbərlər