top
Speysdən açıqlama: Məsuliyyət onun üzərinə düşür!
24 iyul 2026, 20:38
- ↺ +

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Space TV" bəzi media orqanlarında kanalın bank hesablarına həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Söhbət 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 140 313.06 ABŞ dolları məbləğində borcdan gedir. Bildirilib ki, banka son ödəniş 2024-cü il yanvarın 19-da edilib.

 

Açıqlamada qeyd olunub ki, sözügedən öhdəliklərin vaxtında icra edilməməsinə görə məsuliyyət 2023-cü ilin fevral ayından etibarən "Space TV"yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.

 

Qeyd edilib ki, keçmiş baş direktor Vado Korovin və həmin dövrdə icraçı direktor vəzifəsində çalışmış Nəriman Abdul-Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirmək əvəzinə, uzun illər formalaşmış idarəetmə prinsiplərindən uzaq model tətbiq ediblər. Nəticədə kanal sistemli şəkildə zəifləyib, peşəkar media qurumu kimi inkişaf etmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmənin təsiri altında fəaliyyət göstərib. Bunun nəticəsində maliyyə intizamının pozulduğu və strateji inkişafın zəiflədiyi vurğulanıb.

 

Bildirilib ki, kanalın maddi-texniki bazası da faktiki olaraq iflic vəziyyətinə salınıb. Belə ki, balansda olan 24 xidməti avtomobildən cəmi ikisi işlək vəziyyətdə olub, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi uzun müddət həyata keçirilməyib. Studiyaların baxımsız saxlanıldığı, texniki infrastrukturun isə müasir televiziya tələblərindən geri qaldığı qeyd olunub.

 

Açıqlamaya əsasən, həmin dövrdə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan bütün hüquqi addımların atılacağı bildirilib.

 

Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırılıb ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir. Qərarda qeyd edildiyi kimi, bu tədbir əməkhaqlarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər icbari ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Kanalın normal fəaliyyətini davam etdirdiyi vurğulanıb.

 

"Space TV" hazırda kanalda genişmiqyaslı islahat proqramının həyata keçirildiyini də açıqlayıb. Məlumata görə, qısa müddətdə 15 avtomobil əsaslı təmir edilərək yenidən istismara verilib, yeni pavilyonlar inşa olunub, müasir çəkiliş və yayım avadanlıqları alınıb, Naxçıvanda müxbir məntəqəsi yaradılıb, yeni sənədli və televiziya filmləri, həmçinin xüsusi televiziya buraxılışları hazırlanıb. Bununla yanaşı, onlarla peşəkar kadr işə qəbul edilib, inzibati binada və həyətdə əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir LED sistemləri və monitorlar quraşdırılıb.

 

Açıqlamada qeyd olunub ki, hazırda kanalın proqram siyasəti tamamilə yenidən formalaşdırılır. Bildirilib ki, sentyabr ayından etibarən tamaşaçılara yeni layihələr, yeni simalar və müasir televiziya məhsulları təqdim olunacaq. Məqsədin "Space TV"ni yenidən ölkənin aparıcı televiziya kanallarından birinə çevirmək, əvvəlki dövrdə yol verilmiş ciddi idarəetmə səhvlərinin nəticələrini aradan qaldırmaq və tamaşaçı etimadını daha da gücləndirmək olduğu vurğulanıb.

 

Sonda bildirilib ki, əvvəlki dövrdən miras qalmış bütün maliyyə və hüquqi problemlərin qanun çərçivəsində həll ediləcəyinə, həyata keçirilən islahatların isə kanalın inkişafını təmin edəcəyinə əminlik ifadə olunur.

***

13:17

"Space" TV Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.

  Bakı Kommersiya Məhkəməsi "Xalq Bank" ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.   İş materiallarına əsasən, 2021-ci ildə "Space" TV yə "Xalq Bank" tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.   Bank bildirib ki, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 ABŞ dolları gecikdirilmiş əsas borc, 9 901,62 ABŞ dolları adi faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları borcu yaranıb.   "Xalq Bank" gələcəkdə qəbul oluna biləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə "Space" TV-nin bank hesabları üzərinə həbs qoyulmasını istəyib.   Məhkəmə ərizəni qismən təmin edərək "Space" TV-nin "Xalq Bank" istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.   Qərara əsasən, tətbiq edilən həbs işçilərin əməkhaqlarının ödənilməsinə, eləcə də dövlət büdcəsinə vergi, sosial və digər zəruri ödənişlərin həyata keçirilməsinə məhdudiyyət yaratmır.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Dünən, 09:37

Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb

Bütün Xəbərlər
Dünən, 09:26

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Bütün Xəbərlər
Dünən, 00:20

6 il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Bütün Xəbərlər
07 oktyabr 2026, 15:36

Prezident İlham Əliyev Prezident Vladimir Putinə zəng edib

Bütün Xəbərlər
07 oktyabr 2026, 13:08

Sabah Bakıda hava yağmursuz olacaq

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:32

QMİ sədri: "Süni intellekt insanı ibadətdə əvəz etməməlidir"

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:15

Əli Nağıyev: "İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq"

Bütün Xəbərlər
07 oktyabr 2026, 10:05

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Oxşar xəbərlər