Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur. Bu səbəbdən hərəkət iştirakçılarından yola çıxarkən diqqətli olmaq, yol və meteoroloji şəraiti nəzərə almaq, sürət həddini minimuma endirmək, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamaq və təhlükəsizlik qaydalarına ciddi riayət etmək xahiş olunur.
Bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir.