Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə təqsirləndirilən Ermənistan vətəndaşı İ. A.-nın işi üzrə birinci məhkəmə iclası noyabrın 12-nə təyin edilib.
Bu barədə onun vəkili Teona Peradze məlumat verib.
Daha əvvəl verilən məlumata görə, 40 yaşlı kişi sentyabrın sonundan 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin əmlakı zədələməyə görə məsuliyyəti nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Peradzenin sözlərinə görə, onun müdafiə etdiyi şəxs hazırda ibtidai həbsdədir, iş üzrə istintaq davam edir.