top
Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq
20 iyun 2026, 11:19
- ↺ +

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026-cı il iyunun 18-19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasının Türküstan şəhərində səfərdə olub. Bu barədə İnsanoid.com xəbər verir.

Konfransda çıxış edən İnam Kərimov bildirib ki, Türk Dövlətləri Təşkilatı son illər siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Qeyd olunub ki, bu prosesdə hüquqi əməkdaşlıq da xüsusi yer tutur və Azərbaycanın türk dünyası ölkələri ilə hüquq sahəsində əlaqələri, yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq təşəbbüsləri artan dinamika ilə davam edir. 

Çıxışda qeyd edilib ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi ilə yanaşı, iqtisadi münasibətlərin inkişafı və investisiyaların təşviqində məhkəmələrin rolu xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, hüquq sisteminə ictimai etimadın qorunması və daha da möhkəmləndirilməsi məqsədilə məhkəmə sistemi daim inkişaf etməli, fəaliyyətini müasir dövrün çağırışlarına uyğunlaşdırmalıdır. Çıxış zamanı məhkəmə xidmətlərinin elektronlaşdırılması və proseslərin rəqəmsal əsasda təşkili istiqamətində əldə olunmuş nailiyyətlərə də toxunulub. Yeni çağırışlar fonunda süni intellekt texnologiyalarının imkanlarının araşdırılması, onların məhkəmə fəaliyyətində tətbiqi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə qeyd edilib ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin Sərəncamı ilə 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiq olunub. Strategiya dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə yanaşı, məhkəmə sistemində innovativ texnologiyaların tətbiqi üçün də yeni imkanlar yaradıb.

Həmçinin bildirilib ki, türk dövlətlərinin ali məhkəmələri arasında yaradılması nəzərdə tutulan Vahid Məlumat Platforması hakimlərin və hüquq ictimaiyyətinin üzvlərinin digər dövlətlərin məhkəmə təcrübəsi ilə daha yaxından tanış olmasına, qabaqcıl hüquqi yanaşmaların öyrənilməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcək. 

Tədbirin yekununda Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransının Birgə Bəyanatı qəbul olunub. Bəyanatda məhkəmə sistemlərinin rəqəmsallaşdırılması, investor hüquqlarının qorunmasının gücləndirilməsi, eləcə də türk dövlətlərinin ali məhkəmələri arasında Vahid Məlumat Platformasının yaradılması istiqamətində əməkdaşlığın inkişafı nəzərdə tutulur.

Səfər çərçivəsində İnam Kərimov Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Aslanbek Merqaliyev və Qırğızıstan Respublikası Ali Məhkəməsinin sədri Mederbek Satıyev ilə görüşlər keçirib. Görüşlər zamanı məhkəmə-hüquq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti, həmçinin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib. Kasım-Jomart Tokayev Təşkilatın çoxtərəfli əməkdaşlığın inkişafında xüsusi rol oynadığını vurğulayıb, üzv dövlətlər arasında məhkəmə-hüquq sahələrində əməkdaşlığın davamlı şəkildə gücləndiyini qeyd edib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:56

Prezident: "Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"

Bütün Xəbərlər
Bu gün, 13:35

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 13:31

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bütün Xəbərlər
Bu gün, 13:18

Ağır cinayətləri sifariş etməkdə ittiham olunan "Dəyirman Vahid"ə hökm oxundu

Bütün Xəbərlər
Bu gün, 13:12

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 11:43

Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 10:56

Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanovun vəziyyəti açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 10:41

Prezident: "Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

Bütün Xəbərlər
Bu gün, 10:20

Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Bütün Xəbərlər
Bu gün, 09:38

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Bütün Xəbərlər
Bu gün, 09:21

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Bu gün, 09:16

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:04

Prezident İlham Əliyev: "Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik"

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Oxşar xəbərlər