top
Uşağa anan qələt edir deyərkən eşitdi, dava da belə başladı
19 avqust 2026, 17:31
- +

"Uşağa "anan qələt edir" deyərkən eşitdi, dava da belə başladı"

Bakının Nərimanov rayonunda 34 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Hadisə bu ilin mayın 7-də baş verib. Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Nahid həmin gün, axşam saat 21:30 radələrində yaşadığı fərdi tikili evdə arvadı Zəhra (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı bir dəfə kəllə ilə qəsdən arvadının burun nahiyəsindən, həmçinin əli ilə sağ əlindən vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Nahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nahid bildirib ki, Zəhra onun arvadıdır və hazırda boşanma ərəfəsindədirlər:

"2013-cü il tarixdə Zəhra ilə rəsmi olaraq ailə həyatı qurmuşam və bizim bu nikahdan 2 övladımız dünyaya gəlib. Bizim münasibətlərimiz əvvəllər normal olsa da, sonradan korlandı. Buna səbəb Zəhranın mənə ailədə hörmətsizlik etməsi və məni bir kişi kimi saymaması olub".

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisədən 3 ay əvvəl müddətdə evə gəlməyib və ailəsini narahat etmir, hazırda sürücü işləyir:

Mayın 7-də, təxminən saat 21:30 radələrində rayona yük apardım və evə adapter götürməyə gəlmişdim. Bu zaman uşaq üstündə mübahisə baş verdi. Uşaq ağlayanda ondan ağlamasının səbəbini soruşdum. Uşaq isə anasının qonşuda olduğunu, onları aparmadığını bildirdi. Uşağa anan qələt edir deyərkən anası bunu eşitdi. Aramızda bundan sonra mübahisə düşdü. Uşağın ağlamağını gördüm və aqressiya göstərdim. Özümdən asılı olmayaraq aramızda mübahisə baş verərkən kəlləm ilə Zəhraya zərbə endirdim. Həmçinin əlim ilə sağ əlindən vurdum. Sonra mənzili tərk edərək getdim".

Nahid hadisə vaxtı içkili olması ilə bağlı iddialara da aydınlıq gətirib. O, pis vərdişlərinin olmadığını, içki və narkotik vasitə istifadə etmədiyini bildirib.

İş üzrə zərərçəkmiş Zəhranın sözlərinə görə, əri Nahid ilə münasibətləri əvvəllər normal olsa da, sonradan korlanıb: "Bu səbəbdən də mən Nahidlə boşanmaq qərarına gəldik və iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etdik. Hazırda məhkəmə prosesi davam edir. Məlum hadisə günü, təxminən saat 21:30 radələrində yaşadığım ünvanda yerləşən fərdi tikili evdə olan zaman ərim Nahid gələrək uşaqları gördü".

Zərərçəkmiş deyib ki, Nahidin bibisi qızı onunla qonşuluqda yaşayır, hər axşam onunla birlikdə onlarda arıqlamaq üçün idman edirlər:

"Həmin gün də onlara keçdikdə uşaqlar yemək yeyirdi. Ona görə onları aparmadım və uşaq ağladı. Nahid çöldən gələrək bunu gördü və uşaqlara mənim barədə pis cavab verdi. Qonşudan onun səsini eşitdim və evə gəldim. Bu zaman aramızda mübahisə baş verdi. Daha sonra bir-birimizi qarşılıqlı təhqir etdik. Nahid isə uşağı belə qoyub getdiyimə və ağladığıma görə mənə "evdən çıx, get" dedi. Lakin mən Nahidə evdən çıxmayacağımı dedikdə aramızda sözlə mübahisə baş verdi. Həmin mübahisə zamanı Nahid sözlərimdən əsəbləşərək üzərimə gəldi, burun nahiyəmdən 1 dəfə kəllə ilə, həmçinin əli ilə sağ əlimdən vurdu. Məni nalayiq ifadələrlə təhqir etdi. Bu zaman döyülməyim barədə Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzi sisteminə müraciət etdim".

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Nahid 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, cəzaçəkmə müddəti ərzində Nahidin Bakı şəhərinin hüdudlarını tərk etməsi, bu müddətdə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməsi qadağan olunub.

Həmçinin ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.

Mənbə: demokrat.az

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:54

Azərbycanın bank sektorunda böyük birləşmə: "Access Bank" alınır

Bütün Xəbərlər
Dünən, 17:51

BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV

Bütün Xəbərlər
Dünən, 17:36

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin tərkibi genişlənib

Bütün Xəbərlər
Dünən, 13:07

Sabah 31 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 13:06

Azərbaycanda magistratura müddətinin azaldılması təklif edilir

Bütün Xəbərlər
Dünən, 12:56

Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

Bütün Xəbərlər
Dünən, 11:59

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Bütün Xəbərlər
Dünən, 11:13

AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 10:56

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Bütün Xəbərlər
Dünən, 10:49

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək

Bütün Xəbərlər
Dünən, 09:50

Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək

Bütün Xəbərlər
10 sentyabr 2026, 17:06

4 rayonda su təminatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 17:03

Qoruq ərazilərində minatəmizləmə zamanı aşkar edilən tarixi abidələrin mühafizəsi qaydası müəyyənləşib

Bütün Xəbərlər
10 sentyabr 2026, 16:16

Buraxılış imtahanlarının proqramları açıqlanıb

Bütün Xəbərlər
10 sentyabr 2026, 15:25

Sərhəddə yeni nəzarət məntəqələri qurulacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 15:19

Naxçıvanda dabaqdan azad zona yaradılacaq, heyvanların vaxtsız kəsiminə nəzarət olunacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:59

Qolsuz körpəsindən imtina edib, pişik balasını özü ilə apardı – Həmin "ana" ilə bağlı SENSASİON DETALLAR

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:45

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:38

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Bütün Xəbərlər
10 sentyabr 2026, 13:30

XİN: Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb

Bütün Xəbərlər
10 sentyabr 2026, 13:16

İrandan Azərbaycana 84 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Bütün Xəbərlər
10 sentyabr 2026, 12:43

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

Bütün Xəbərlər
10 sentyabr 2026, 12:33

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var

Bütün Xəbərlər
10 sentyabr 2026, 12:06

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Oxşar xəbərlər