Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək. İnsanoid bu haqda 6 oktyabr tarixində xəbər verir.
Buna səbəb Bakı Hərbi Məhkəməsində geniş iclas zalının olmamasıdır. Məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Vaqif qanunsuz erməni silahlı birləşmələri ilə birgə 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törədib.