Bir qrup qazi Türkiyəyə səfərə yollanıb. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Azətac-a istinadən xəbər verir.
1922-ci il yanvarın 3-də Mersin, 5-də isə Adana şəhərlərinin düşmən işğalından azad edilməsinin ildönümləri ilə əlaqədar, Vətən müharibəsi iştirakçılarından ibarət Azərbaycan nümayəndə heyəti qardaş ölkədəki tədbirlərdə iştirak edəcək, hərbiyönümlü rəsmi şəxslərlə, partiya rəhbərləri ilə görüşlər keçirəcək.
Səfərlər Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə baş tutacaq.