Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib.
İnsanoid.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib.
O bildirib ki, İlkin Baxışov Qazaxıstanda fəaliyyət göstərib və 2 ay əvvəl Vətənə qayıdıb.
Qazinin ölüm səbəbi açıqlanmayıb.