top
Xəzər sahillərindən gələn sehrli səs: Sona Moqubeliyeva Böyük Britaniyanı Azərbaycan musiqisinə necə aşiq edir
28 iyul 2026, 17:03
- ↺ +

"Xəzər sahillərindən gələn sehrli səs": Sona Moqubeliyeva Böyük Britaniyanı Azərbaycan musiqisinə necə aşiq edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın nüfuzlu "University of Surrey" universitetinin tələbəsi Sona Moqubəliyeva öz bənzərsiz ifaları ilə Britaniyada və sosial şəbəkələrdə geniş auditoriyanın diqqətini cəlb etməyi bacarıb. Azərbaycanın zəngin musiqi irsini beynəlxalq aləmdə təbliğ etməyi qarşısına məqsəd qoyan gənc ifaçı, hazırladığı fərqli kaver layihələri ilə xarici dinləyicilərin qəlbini fəth edir. Sona, təhsil həyatından və yaradıcılıq planlarından danışıb.

Uşaqlıqdan xaricdə təhsil almaq arzusu ilə böyüdüyünü bildirən Sona, Britaniyanın zəngin musiqi ənənələrinin və yüksək təhsil səviyyəsinin bu seçimdə həlledici rol oynadığını qeyd edir. Britaniyadakı təhsil mühitinin yaradıcılığına müsbət təsir etdiyini vurğulayan gənc artist, universitetdə öyrəndikləri ilə səhnə təcrübəsinin bir-birini mükəmməl şəkildə tamamladığını bildirir. Londonun dinamik musiqi mühiti isə ona daim yeni peşəkar zirvələrə çatmaq üçün ilham verir.

Milli köklərə bağlılığın vacibliyini önə çəkən Sona Moqubəliyevanın repertuarında həm klassik, həm də müasir Azərbaycan bəstələri yer alır. O, xüsusilə xarici tələbə yoldaşlarını muğam və klassik əsərlərimizlə tanış edərkən onların göstərdiyi heyranlığı xüsusi vurğulayır. İfaçının sözlərinə görə, xariciləri ən çox təsirləndirən və Azərbaycan musiqisinin vizit kartına çevrilən əsər "Pıçıldaşın, ləpələr" mahnısıdır. Sona hesab edir ki, bu kompozisiya dilindən və mədəniyyətindən asılı olmayaraq hər bir dinləyicinin ruhuna toxunmaq gücünə malikdir.

Gələcək planlarından danışan gənc artist, hazırda əsas diqqətini kaver layihələrinə yönəltsə də, doğru zaman yetişdikdə öz müəllif mahnılarını da dinləyicilərə təqdim edəcəyini istisna etmir. Əzizə Mustafazadə və Billi Ayliş (Billie Eilish) kimi sənətkarlarla eyni səhnəni bölüşməyi arzulayan Sona, xaricdə yaşayan gənc bir azərbaycanlı kimi üzərində böyük məsuliyyət hiss etdiyini və ölkəmizin mədəniyyətini layiqincə təmsil etməyə davam edəcəyini vurğulayır.

Mənbə: 1news.az

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Dünən, 09:37

Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb

Bütün Xəbərlər
Dünən, 09:26

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Bütün Xəbərlər
Dünən, 00:20

6 il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Bütün Xəbərlər
07 oktyabr 2026, 15:36

Prezident İlham Əliyev Prezident Vladimir Putinə zəng edib

Bütün Xəbərlər
07 oktyabr 2026, 13:08

Sabah Bakıda hava yağmursuz olacaq

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:32

QMİ sədri: "Süni intellekt insanı ibadətdə əvəz etməməlidir"

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:15

Əli Nağıyev: "İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq"

Bütün Xəbərlər
07 oktyabr 2026, 10:05

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Oxşar xəbərlər