Böyük Britaniyada yaşayan 99 yaşlı Helqa Daffi biplanın üst qanadına bağlanaraq səkkiz dəqiqə səmada qalıb. Bununla o, hava akrobatikası üzrə dünyanın ən yaşlı həvəskarı kimi rekorda imza atıb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verirki, bu, Daffinin ilk belə təcrübəsi olub. Ona bu ideyanı yaşadığı qocalar evinin əməkdaşı təklif edib.
Qadın uçuş zamanı böyük sevinc hissi keçirdiyini və yüksəklikdə havanın inanılmaz dərəcədə təmiz olduğunu bildirib.
"Mən düşündüm ki, bu, qeyri-adi bir şey etmək üçün son şansım ola bilər. Bəlkə də bu, ölməzdən və ya 100 yaşıma çatmazdan əvvəl edəcəyim son şeydir", – deyə o bildirib.
Uçuşdan sonra "Ginnesin Rekordlar Kitabı"nın nümayəndəsi Helqa Daffiyə sertifikat təqdim edib.