top
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
Bu gün, 15:42
- ↺ +

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov Azərbaycanın səhiyyə naziri təyin edilib.

Yeni təyin olunmuş nazir Anar Bayramov bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Baş nazirin müavini Teymur Musayev təqdim edib.

Bu barədə İnsanoid.com Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, təqdimat mərasimində çıxış edən Teymur Musayev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlətimizin başçısının tapşırıqlarını diqqətə çatdırıb. O, səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl davam etdirilməsinin, qarşıya qoyulan hədəflərə nail olunması üçün mövcud imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb. Həmçinin bu vəzifələrin icrasında yeni təyin olunmuş səhiyyə nazirinə və nazirliyin kollektivinə uğurlar arzulayıb.

Anar Bayramov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, səhiyyə sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasının, fəaliyyətin müasir idarəetmə prinsipləri əsasında təşkilinin və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin bildirilib ki, dövlətimizin başçısının 19 oktyabr 2026-cı il tarixli "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Qeyd olunan qərarlar ölkədə səhiyyə sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, fəaliyyətin daha səmərəli əlaqələndirilməsi və səhiyyə sisteminin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin səhiyyə sahəsində vahid yanaşmanın gücləndirilməsinə, qurumlararası əməkdaşlığın genişləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərin daha səmərəli həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.

"Səhiyyə Nazirliyi qarşıdakı dövrdə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:04

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Cəmiyyət
Bu gün, 14:21

Bir qrup energetik təltif edilib - Sərəncam

Cəmiyyət
Bu gün, 12:44

Sabah rayonlara yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

DİN məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:55

Azərbaycan səhiyyəsində böyük dəyişiklik: TƏBİB Səhiyyə Nazirliyinə tabe edildi – vətəndaşlar üçün nə dəyişəcək?

Cəmiyyət
Bu gün, 11:39

Yeni səhiyyə naziri Anar Bayramov kimdir? - DOSYE

Cəmiyyət
Bu gün, 11:35

Teymur Musayev Baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin olunub

Cəmiyyət
Bu gün, 10:32

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu - VİDEO

Cəmiyyət
Bu gün, 10:07

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
Bu gün, 08:59

Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 19 oktyabr

Cəmiyyət
Dünən, 00:05

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Cəmiyyət
17 oktyabr 2026, 17:29

Elbrus dağında nadir nadir təbiət hadisəsi: "Bulud şəlaləsi" - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 16:30

Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb

Cəmiyyət
17 oktyabr 2026, 12:29

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cəmiyyət
17 oktyabr 2026, 11:59

99 yaşlı britaniyalı qadın qeyri-adi rekorda imza atıb - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 11:14

Çinin Quançjou şəhərində metroda idman zonaları yaradılıb - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 10:51

Eks-icra başçısının xanımı da ifadə verdi - "Oğlum çox şeyi onunla məsləhətləşirdi"

Cəmiyyət
17 oktyabr 2026, 10:34

Tramp Hörmüz boğazının "Tramp boğazı" adlandırılmasını təklif edib - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 09:17

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Cəmiyyət
17 oktyabr 2026, 08:59

SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb

Cəmiyyət
17 oktyabr 2026, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Oxşar xəbərlər