top
Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: Qarşıdurma yaratmaq yolverilməzdir
Bu gün, 11:58
- ↺ +

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Xalq artisti Aygün Kazımova məktəblərdə vahid geyim forması və hicabla bağlı son günlər gündəmdə olan müzakirələrə münasibət bildirib.

İnsanoid.com xəbər verir ki, müğənni "Instagram" hesabında paylaşım edərək məktəbli forması ilə bağlı qaydaların dini inanclara qarşı addım kimi təqdim olunmasını düzgün hesab etmədiyini vurğulayıb.

"Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə hər kəsin inancına, düşüncəsinə hörmətlə yanaşılır. Eyni zamanda, dövlətimizin qanunlarına və müəyyən edilmiş qaydalara riayət etmək hər birimizin vətəndaş borcudur", – deyə sənətçi bildirib.

Xalq artisti bu məsələ ətrafında cəmiyyətdə qarşıdurma yaradılmasının yolverilməz olduğunu qeyd edib.

"Məktəblərdə vahid geyim qaydalarını dini inanclara qarşı addım kimi təqdim etmək, bu məsələ üzərindən cəmiyyətdə qarşıdurma yaratmaq yolverilməzdir. Uşaqlarımızın təhsili heç bir siyasi marağın və təxribatın vasitəsinə çevrilməməlidir", – deyə Kazımova vurğulayıb.

Müğənni Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyi xatırladaraq cəmiyyəti birliyi qorumağa çağırıb.

"Uşaqlarımıza verəcəyimiz sağlam gələcək, dövlətimizin bütövlüyü və birliyimizlə nümunə olaq", – deyə Aygün Kazımova paylaşımını yekunlaşdırıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Bu gün, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Siyasət
Bu gün, 11:38

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

Cəmiyyət
Bu gün, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Bu gün, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Bu gün, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Dünən, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
Dünən, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
Dünən, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
Dünən, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
Dünən, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Bütün Xəbərlər
Dünən, 14:02

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb

Bütün Xəbərlər
Dünən, 13:32

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı dezinformasiya yayıb

Bütün Xəbərlər
Dünən, 13:27

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək

Bütün Xəbərlər
Dünən, 12:27

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 10:54

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün Xəbərlər
Dünən, 10:35

Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:32

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Bütün Xəbərlər
Dünən, 10:12

"Həbsxanada öləcək": Tupak Şakurun qətlinin təşkilatçısına 30 ildən sonra hökm oxundu

Oxşar xəbərlər