top
Azərbaycana kütləvi kiberhücumun yeni detalları üzə çıxdı: Ödənişli xidmətdən istifadə olunub
Bu gün, 17:04
- ↺ +

Azərbaycana kütləvi kiberhücumun yeni detalları üzə çıxdı: Ödənişli xidmətdən istifadə olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət qurumlarının, media təşkilatlarının və Azərbaycanın xaricdəki səfirliklərinin saytlarına hücumlarda "Telegram" üzərindən fəaliyyət göstərən xüsusi xidmətdən istifadə edildiyi müəyyənləşib.

Oktyabrın 13–15-də Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumlarla bağlı yeni detallar məlum olub.

İnsanoid.com xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb.

Bildirilib ki, hücumların hədəfində dövlət qurumlarının, media təşkilatlarının, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və digər təşkilatların internet resursları olub.

"Telegram" platformasında fəaliyyət göstərən "313 Team" adlı haker qruplaşması hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Milli CERT-in apardığı texniki araşdırmalar nəticəsində məlum olub ki, kiberhücumların təşkilində "Litterbox" ("Catbox") adlı kommersiya DDoS xidmətindən istifadə edilib.

Bu xidmət "Telegram" kanalları vasitəsilə təklif olunur və ödənişlər kriptovalyuta ilə qəbul edilir.

Bəs bu xidmət necə işləyir?

DDoS hücumları zamanı hədəf seçilən sayta və ya serverə eyni anda çoxlu sayda süni sorğu göndərilir. Nəticədə sistem həddindən artıq yüklənir və adi istifadəçilər üçün əlçatmaz ola bilər.

Araşdırma göstərib ki, "Litterbox" xidməti müxtəlif ölkələrdə yerləşən botlardan istifadə edərək hücum trafikini yönləndirə bilir. Bu isə hücumun mənbəyini müəyyənləşdirməyi və yalnız müəyyən ölkələrdən gələn trafikin bloklanması ilə müdafiə olunmağı çətinləşdirir.

Agentlikdən bildirilib ki, belə ödənişli xidmətlər kiberhücumların təşkilini asanlaşdırır və dövlət qurumları ilə özəl təşkilatların informasiya təhlükəsizliyi üçün əlavə risklər yaradır.

Milli CERT kiberhücumların araşdırılmasını və informasiya resurslarının mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Hücum kampaniyası ilə bağlı aşkarlanan texniki göstəricilər kibertəhlükəsizlik insidentləri haqqında məlumat mübadiləsi platformasına (misp.cert.az) əlavə edilib.

Qurum təşkilatlara internet resurslarının dayanıqlılığını artırmağı, şəbəkə trafikini mütəmadi izləməyi və DDoS hücumlarına qarşı müdafiə sistemlərini gücləndirməyi tövsiyə edib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:49

Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək

Cəmiyyət
Bu gün, 16:59

Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI

Cəmiyyət
Bu gün, 16:52

Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum öldü

Cəmiyyət
Bu gün, 15:13

Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib

Cəmiyyət
Bu gün, 14:59

Atanın oğluna gətirdiyi "sovqat"da narkotik aşkarlandı

Cəmiyyət
Bu gün, 14:43

Bakının Gəncə prospektində təhlükəli vəziyyət: itlər insanlara hücum edir - VİDEO

Cəmiyyət
Bu gün, 14:30

"Ad günü"ndən 48 il sonra... - FOTO

Cəmiyyət
Bu gün, 13:50

"20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Cəmiyyət
Bu gün, 12:59

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 12:56

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Cəmiyyət
Bu gün, 12:52

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cəmiyyət
Bu gün, 12:50

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 12:42

Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Cəmiyyət
Bu gün, 12:31

Dövlət qulluqçularının fəaliyyətini davam etdirməsi üçün imtahan vermələri tələb olunmayacaq

Cəmiyyət
Bu gün, 12:20

Dövlət qulluğunda Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı yenilik açıqlanıb

Cəmiyyət
Bu gün, 12:10

Hərbçilərin əməkhaqları artırılır

Cəmiyyət
Bu gün, 11:30

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Cəmiyyət
Bu gün, 11:26

Azərbaycan əhalisinin sayı 0,2 faiz artıb

Cəmiyyət
Bu gün, 10:55

"Tesla" uçan avtomobil təqdim etdi - VİDEO

Cəmiyyət
Bu gün, 10:11

Narkotik təsiri altında olan Abu-Dabi şahzadəsi London küçələrində - VİDEO

Cəmiyyət
Bu gün, 10:00

İlk dəfə meyitdən ürək köçürülən mərhumun anası: "Əcəl onu başqa şeydən apardı" - VİDEO

Cəmiyyət
Bu gün, 09:05

İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Oxşar xəbərlər