Bakının Xətai rayonu, Gəncə prospektində yaşayan sakinlər sahibsiz itlərin hücumlarından gileylənirlər.
İnsanoid.com redaksiyasına müraciət edən sakinin sözlərinə görə, xüsusilə Gəncə prospekti, 97 nömrəli binanın ətrafında son dövrlər sahibsiz itlərin sayı kəskin artıb. Sürü halında gəzən itlər yoldan keçən insanlara, xüsusən də uşaqlara və qadınlara hücum edərək ərazidə ciddi təhlükə yaradırlar.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, hələ ki heç bir nəticə verilməyib və problem öz həllini tapmayıb.