top
DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb
31 mart 2026, 22:56
- +

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

12 aprel tarixində keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət ünvanlayıb .

İnsanoid.com DİM-ə istinadən xəbər verir ki, aprelin 12-də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://e-gov.az/az/services/read/2516/2 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeyd olunub ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Keçmiş məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında, həmçinin Sumqayıt, Abşeron, Gəncə, Lənkəran, Şəmkir, Cəlilabad, Masallı, Sabirabad, Xaçmaz, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb.Bu hal yuxarıda müvafiq olaraq, "hissə" adlandırılıb və “keçid” qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:44

Bu gündən Dövlət Proqramı çərçivəsində yeni tədris ili üzrə sənəd qəbulu başlayır

Bütün Xəbərlər
Dünən, 16:33

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 15:13

Leyla Əliyeva: "Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir"

Bütün Xəbərlər
Dünən, 12:55

Sabah yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 12:51

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:47

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:42

Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:22

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda təqsirləndirilən iki nəfər həbs edilib

Bütün Xəbərlər
Dünən, 11:29

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir

Bütün Xəbərlər
Dünən, 09:17

Kanberra Hörmüzdə Vaşinqtona yalnız sabit atəşkəs olduğu halda kömək edəcək

Bütün Xəbərlər
13 aprel 2026, 17:05

İsrail ordusu ABŞ-nin Hörmüz planlarına görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Bütün Xəbərlər
13 aprel 2026, 15:39

Bu gündən rezidenturaya ərizə qəbulu elan edilib

Cəmiyyət
13 aprel 2026, 14:20

Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib

Bütün Xəbərlər
13 aprel 2026, 13:57

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI?

Bütün Xəbərlər
13 aprel 2026, 13:07

Sabah bəzi yerlərdə yağış yağacaq

Bütün Xəbərlər
13 aprel 2026, 11:09

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bütün Xəbərlər
13 aprel 2026, 09:11

Avstraliyada ilk dəfə qadın ordu komandanı təyin edilib

Bütün Xəbərlər
13 aprel 2026, 08:30

Donald Tramp Roma Papası XIV Leonu tənqid edib

Bütün Xəbərlər
11 aprel 2026, 13:42

Bazar gününün havası açıqlanıb

Bütün Xəbərlər
11 aprel 2026, 11:50

İran Hörmüz boğazında yerləşdirdiyi bütün minaları aşkar edə və zərərsizləşdirə bilmir - NYT

Bütün Xəbərlər
11 aprel 2026, 09:52

Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək

Bütün Xəbərlər
10 aprel 2026, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
10 aprel 2026, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

İdman
10 aprel 2026, 17:05

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Oxşar xəbərlər