Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara kütləvi kiberdələduzluq halları barədə xəbərdarlıq edir.
İnsanoid.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyinə (MKA) istinadən xəbər verir ki, son zamanlar ölkə ərazisində vətəndaşların, o cümlədən müxtəlif dövlət rəsmilərinin yaxınlarının hədəf alındığı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur.
Kiberdələduzlar müasir informasiya texnologiyalarından və sosial mühəndislik üsullarından (həmçinin, nömrələrin saxtalaşdırılması, psixoloji təsir, WhatsApp tətbiqi üzərindən zənglər və mesajlar, eləcə də süni intellekt vasitəsilə səs təqlidi) istifadə edərək vətəndaşları təşvişə salmağa, aldatmağa və maliyyə vəsaitlərini ələ keçirməyə çalışırlar.
Dələduzlar əsasən telefon zəngləri və WhatsApp platforması vasitəsilə özlərini dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək təhdid yolu ilə, yaxud vətəndaşların valideynlərinə və ailə üzvlərinə zəng edib yaxınlarının təcili köməyə ehtiyacı olduğunu bildirərək psixoloji manipulyasiya və saxta keçidlər vasitəsilə fərdi və bank məlumatlarını ələ keçirirlər.
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara tövsiyə edir: