Ləğv edilən "Naxçıvan Sığorta" Şirkətinin əməkdaşları işdən azad olunublar. Bu barədə 8 dekabr tarixində APA məlumat verib.
Belə ki, bu gün ləğv edilən sığorta şirkətinin əməkdaşları dekabrın 8-dən etibarən işdən azad olunublar. Məlumata görə, onlara heç bir iş təklif olunmayıb.
Qeyd edək ki, "Naxçıvan Sığorta" Şirkətinin 30-dan çox əməkdaşı var. "Naxçıvan Sığorta" şirkəti ləğv edilir, onun portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülür.
Sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən "Atəşgah Sığorta" şirkətinə ötürülür. Bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.
"Naxçıvan Sığorta" şirkətinin 100% səhmdarı "Naxçıvan Bank"dır.