top
Nəsrin Cavadzadə tənqidlərə cavab verdi: Məhkəmədə hesablaşacağam
Bu gün, 13:28
- ↺ +

Nəsrin Cavadzadə tənqidlərə cavab verdi: "Məhkəmədə hesablaşacağam"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan əsilli türkiyəli aktrisa sosial şəbəkələrdə ünvanına səslənən ittihamlardan sonra açıqlama yayaraq onu təhqir edən şəxslərə qarşı hüquqi addımlar atacağını bildirib.

Tanınmış Azərbaycan əsilli türkiyəli aktrisa Nəsrin Cavadzadə sosial şəbəkələrdə ona qarşı səsləndirilən tənqid və ittihamlara münasibət bildirib.

İnsanoid.com xəbər verir ki, buna səbəb aktrisanın Azərbaycanda məktəbli formasına dair qaydalarla bağlı müzakirələr fonunda yayımlanan paylaşımlardan birinə verdiyi reaksiya olub.

Bakıda anadan olan Nəsrin Cavadzadə sözügedən paylaşıma üç emoci — alov, Azərbaycan bayrağı və qırmızı ürəklə (🔥🇦🇿❤️) münasibət bildirib.

Lakin bəzi sosial şəbəkə istifadəçiləri aktrisanın bu reaksiyasını fərqli şəkildə şərh edərək onu tənqid ediblər. Cavadzadənin sözlərinə görə, onun ünvanına əsassız ittihamlar və təhqirlər də səsləndirilib.

Bundan sonra aktrisa sosial şəbəkə hesabında geniş açıqlama yayımlayaraq baş verənlərə münasibət bildirib.

"Heç kimin mənim türklüyümü, müsəlmanlığımı və ya inanclara olan hörmətimi sorğulamağa həddi yoxdur", — deyə Cavadzadə vurğulayıb.

O bildirib ki, sadəcə bir paylaşımı bəyənməsinə əsaslanaraq ona aid olmayan fikirlərin adına çıxarılmasını qəbul etmir.

Aktrisanın sözlərinə görə, şəxsiyyətinə yönəlmiş təhqirlərlə bağlı sübutlar artıq toplanaraq hüquqi qiymət verilməsi üçün vəkillərinə təqdim olunub.

"Buna görə məsuliyyət daşıyan şəxslərlə Türkiyə məhkəməsində hesablaşacağam", — deyə o xəbərdarlıq edib.

Cavadzadə həmçinin məhkəmə proseslərinin nəticəsində təyin olunacaq və tahsil ediləcək bütün təzminatları uşaqların təhsilinə dəstək məqsədilə xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb.

Aktrisa müraciətinin sonunda milli kimliyi, dini inancı və dəyərləri üzərindən aparılan heç bir nüfuzdan salma cəhdinə boyun əyməyəcəyini vurğulayıb.

Son xəbərlər

İdman
Bu gün, 14:22

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan" - MÜSAHİBƏ + FOTO

Cəmiyyət
Bu gün, 14:04

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub

Cəmiyyət
Bu gün, 12:37

Sabah rayonlara yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:12

Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytar həkimlərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Cəmiyyət
Bu gün, 12:04

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır

Cəmiyyət
Bu gün, 11:21

Kim Çen İnin sağ-salamat olduğu bildirilir

Cəmiyyət
Bu gün, 09:52

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

Cəmiyyət
Bu gün, 09:39

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:04

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:05

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 20 oktyabr

Cəmiyyət
Dünən, 17:40

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Cəmiyyət
Dünən, 17:23

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

Cəmiyyət
Dünən, 15:42

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub

Cəmiyyət
Dünən, 15:04

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Cəmiyyət
Dünən, 14:21

Bir qrup energetik təltif edilib - Sərəncam

Cəmiyyət
Dünən, 12:44

Sabah rayonlara yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

DİN məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO

Cəmiyyət
Dünən, 11:55

Azərbaycan səhiyyəsində böyük dəyişiklik: TƏBİB Səhiyyə Nazirliyinə tabe edildi – vətəndaşlar üçün nə dəyişəcək?

Cəmiyyət
Dünən, 11:39

Yeni səhiyyə naziri Anar Bayramov kimdir? - DOSYE

Cəmiyyət
Dünən, 11:35

Teymur Musayev Baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin olunub

Cəmiyyət
Dünən, 10:32

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu - VİDEO

Cəmiyyət
Dünən, 10:07

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Oxşar xəbərlər