top
Real artımın qeyri-neft-qaz sektoru hesabına təmini - ARAŞDIRMA + FOTO
01 dekabr 2024, 01:30
- +

Real artımın qeyri-neft-qaz sektoru hesabına təmini - ARAŞDIRMA + FOTO

Hesablama Palatası “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə növbəti il üçün iqtisadi proqnozlarını açıqlayıb. Rəydə bildirilib ki, 2025-ci ildə ölkə iqtisadiyyatının 3,5 faiz artacağı, lakin qeyri neft-qaz sektoru üzrə artımın cari ilin gözlənilən rəqəmi ilə müqayisədə nisbətən zəifləməsi səbəbindən iqtisadi artımın bir qədər zəifləyəcəyi proqnozlaşdırılır. O da qeyd edilib ki, ortamüddətli dövrdə – 2025-ci il istisna olmaqla – neft sektorunda azalmanın nəzərdə tutulması fonunda ümumi daxili məhsulun (ÜDM) həm nominal, həm də real artımının təkcə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyi, qeyri neft-qaz sektorunda artıma bütün sahələrin töhfə verəcəyi proqnozlaşdırılır.

Dövlət Vergi Xidmətinin açıqladığı rəqəmlərə baxdıqda 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə daxil olan 14 milyard 148,4 milyon manatdan çox verginin 9 milyard 551,4 milyon manatdan artığının qeyri-neft-qaz sektorunun payına düşdüyü görülür. Ümumilikdə isə göstərilən tarix aralığında ödənilən vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorundan əldə edilib.

İqtisadiyyat Nazirliyi tərəfindən 2024-cü ilin yanvar ayında paylaşılan rəqəmlərə də qeyri-neft-qaz ÜDM-nin 12,3% artdığı yansıyıb. Bundan başqa, həmin dövrdə əsas kapitala investisiya qoyuluşları qeyri-neft-qaz sektoruna 34,1 faiz artıb.

Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda isə yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəldildiyi bildirilib. Son bir ildə qeyri neft-qaz sektoruna investisiyaların isə 1,6 faiz azaldığı açıqlanıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də uzunmüddətli dövrdə əsas məqsədin regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq olduğu bildirilir, bölgələrdə iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsinin vacibliyi vurğulanır, regionların da paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmasının zəruriliyi qeyd olunur.

Bütün bunları nəzərə alaraq Hesablama Palatasının 2026-cı ildən iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olacağı yönündəki proqnozunun regionlara necə yansıyacağı və bunda bölgələrin oynadığı rolun nədən ibarət olacağı sualı ortaya çıxır.

İqtisadiyyatın rentabelli olması üçün rayonların süni şəkildə inkişaf etdirilməsi yox, Bakının yaşaya bilinəcək vəziyyətə gətirilməsi istiqamətində işlər görülməlidir.

İqtisadçı-ekspert Eldəniz Əmirov İnsanoid.com-a açıqlamasında qeyri-neft sektorundakı artım dinamikasından danışıb.

[gallery link="file" columns="1" size="full" ids="207536"]

İqtisadi artımın tamamilə qeyri-neft-qaz sektoru hesabına olmasının bu sektorun böyük həcmdə, ciddi dinamika ilə artması halında mümkün olduğunu bildirən ekspert neft-qaz sektorunun arta bilmədiyini deyib:

“Lakin orta statistika hesablanan zaman neft-qaz sektorunun göstəricisi nəzərə alınır və artmayan neft-qaz sektoru orta göstəricinin aşağı düşməsinə gətirib çıxarır. Bu baxımdan, düşünürəm ki, Azərbaycanda verilən bu proqnoz özünü doğrulda bilər. Ona görə ki onsuz da neft-qaz sektoru hədsiz səngiyib və növbəti illərdə geriləmə baş verəcək. Qeyri-neft sektorunda isə əksinə, burada artım dinamikası artır və bu, müsbət haldır. Bunun orta göstəricinin müsbət olmasını təmin edəcəyi qənaətindəyəm”.

“Azərbaycanda hazırda regionların iqtisadi potensialının yaxşılaşdırılmasından daha çox, iqtisadi potensialın gerçəkləşdirilməsinə, yəni realizə edilməsinə ehtiyac var”, - deyən Eldəniz Əmirov fikirlərini belə davam etdirib:

“Rayonlarımızda kifayət qədər iqtisadi potensial, xammal ehtiyatı, işçi qüvvəsi, səmərəli istifadəyə ehtiyacı olan torpaq resursları var. Bax bu potensialı reallaşdırmaq lazımdır. Təbii ki, bununla bağlı hökumət tərəfindən müxətlif proqramlar icra olunub, müxtəlif tədbirlər görülüb. Ancaq 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı maliyyə nazirinin özünün də qeyd etdiyi kimi, kənd təsərrüfatı istiqamətində qarşıya qoyulmuş hədəflər, əslində, realdan daha yuxarı olub. Yəni real nəticələr hədəflərdən geri qalıb. Bu isə onu deməyə əsas verir ki, potensialı realizə etmək üçün daha ciddi və daha praktik addımların atılmasına ehtiyac var”.

Ekspert potensialı realizə etmək üçün ən başlıca faktorun resursların ədalətli bölgüsünün təmin edilməsi olduğunu vurğulayaraq sözlərini yekunlaşdırıb.

Firuzə Babayeva

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər