Reper Navai (əsl adı — Nəvai Bəhmən oğlu Bəkirov) Qazaxıstanda narkotiklə saxlanıldıqdan sonra daha bir maddə ilə cəzalandırıla bilər.
Bu barədə İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, saxlanılan vaxt ifaçı "Mercedes" markalı avtomobilin sükanı arxasında olub. Reperə qarşı Qazaxıstan İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə — narkotik sərxoşluğu vəziyyətində nəqliyyat vasitəsini idarə etməyə görə iş açıla bilər. Bu maddə üzrə cəza 7 il müddətinə sürücülük hüququndan məhrumetməni və 15 sutka müddətinə inzibati həbsi nəzərdə tutur.
Polis satmaq məqsədi olmadan narkotiklərin qaçaqmalçılığı maddəsi üzrə ittihamı araşdırır. Müğənni cinayət işində narkotik maddələrin dövriyyəsi ilə də ittiham edilsə, onu 5 ilə qədər azadlıqdan məhrumetmə və ya 21 625 000 tengə (təxminən 81 500 manat) cərimə gözləyir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Navainin üzərində narkotik vasitəni oktyabrın 14-də Qazaxıstana girişdə aşkar ediblər. O, Astanada konsert verməli idi.
Reper Navai dindirilmə zamanı narkotik maddələri Bişkekdə əldə etdiyini etiraf edib.