top
Vətən müharibəsinin xronikası: 16 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

İnsanoid.com Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 20-ci günü

• Rəşadətli Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.

• Prezident İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verib.

• Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsindən yeni videogörüntülər paylaşıb.

• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 "Qrad" YARS qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 "Şilka" özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Ermənistan ordusunun 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə ataraq qaçıb. Bundan başqa, 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

• Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.

• Düşmənin atdığı raket və mərmilərin mülki obyektlərimizə vurduğu ziyanın aradan qaldırılması üzrə tədbirlərin icrasına başlanıb.

Son xəbərlər

Cəmiyyət
Dünən, 16:54

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir

Siyasət
Dünən, 16:29

"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz" - İsrail Prezidenti

Siyasət
Dünən, 16:23

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 16:05

Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 15:48

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cəmiyyət
Dünən, 15:16

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

Siyasət
Dünən, 14:33

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB/FOTO

Siyasət
Dünən, 14:19

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

Cəmiyyət
Dünən, 12:49

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Cəmiyyət
Dünən, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Dünən, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Cəmiyyət
Dünən, 11:58

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Cəmiyyət
Dünən, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Dünən, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Dünən, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Dünən, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
14 oktyabr 2026, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
14 oktyabr 2026, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
14 oktyabr 2026, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Oxşar xəbərlər