top
Vətən müharibəsinin xronikası: 17 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 17 oktyabr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

İnsanoid.com 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

17 oktyabr - müharibənin 21-ci günü

• Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.

• Ermənistan silahlı qüvvələri gecə saat 01 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini növbəti dəfə raket atəşinə tutub.

Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində üçü azyaşlı olmaqla, 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 17 yük maşını və digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini ataraq geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 hərbi qulluqçusu fərarilik edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Bölmələrimiz cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasını məhv edib.

• Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin S-300 zenit-raket kompleksinin məhv edilməsinin və düşmən mövqelərinə raket-artilleriya zərbələri endirilməsinin videogörüntülərini paylaşıb.

• Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi və taktiki PUA-sı bölmələrimizin dəqiq atəşi ilə vurulub.

• Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd "Tor-M2KM" və bir "S-125" zenit-raket kompleksi, 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi Azərbaycan Ordusunun bölmələrinin dəqiq zərbələri ilə sıradan çıxarılıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• İşğaldan azad edilmiş Cəbrayıl rayonundakı "Çaxırlı" və "Mahmudlu" sərhəd zastavaları üzərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

• Baş Prokurorluq: Hərbi hava hücumundan müdafiə qüvvələrimiz Ermənistan ordusunun gecə saat 01 radələrində Mingəçevirə atdığı raketləri zərərsizləşdiriblər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Cəmiyyət
Dünən, 21:50

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Cəmiyyət
Dünən, 17:49

Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək

Cəmiyyət
Dünən, 17:04

Azərbaycana kütləvi kiberhücumun yeni detalları üzə çıxdı: Ödənişli xidmətdən istifadə olunub

Cəmiyyət
Dünən, 16:59

Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI

Cəmiyyət
Dünən, 16:52

Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum öldü

Cəmiyyət
Dünən, 15:13

Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırış edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib

Cəmiyyət
Dünən, 14:59

Atanın oğluna gətirdiyi "sovqat"da narkotik aşkarlandı

Cəmiyyət
Dünən, 14:43

Bakının Gəncə prospektində təhlükəli vəziyyət: itlər insanlara hücum edir - VİDEO

Cəmiyyət
Dünən, 14:30

"Ad günü"ndən 48 il sonra... - FOTO

Cəmiyyət
Dünən, 13:50

"20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Cəmiyyət
Dünən, 12:59

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 12:56

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:52

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cəmiyyət
Dünən, 12:50

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 12:42

Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Cəmiyyət
Dünən, 12:31

Dövlət qulluqçularının fəaliyyətini davam etdirməsi üçün imtahan vermələri tələb olunmayacaq

Cəmiyyət
Dünən, 12:20

Dövlət qulluğunda Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı yenilik açıqlanıb

Cəmiyyət
Dünən, 12:10

Hərbçilərin əməkhaqları artırılır

Cəmiyyət
Dünən, 11:30

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Cəmiyyət
Dünən, 11:26

Azərbaycan əhalisinin sayı 0,2 faiz artıb

Cəmiyyət
Dünən, 10:55

"Tesla" uçan avtomobil təqdim etdi - VİDEO

Oxşar xəbərlər