top
Vətən müharibəsinin xronikası: 19 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 19 oktyabr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

İnsanoid.com 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

19 oktyabr - müharibənin 23-cü günü

• Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad olunub. Bu barədə Prezident İlham Əliyev tviter hesabında məlumat verib.

• Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub. Bu barədə Prezident İlham Əliyev rəsmi tviter hesabında bildirib. 

• Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.

• Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

• Cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 2 ədəd BM-21 "Qrad" YARS qurğusunu, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa toplarını və 11 avtomobil texnikasını sıradan çıxarıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsü yayılıb.

• Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində oktyabrın 19-u saat 15:00-dək 61 mülki şəxs həlak olub, 282 nəfər xəsarət alıb, 1846 ev, 90 çoxmənzilli yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb.

• Düşmənin mülki əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda üç nəfər, o cümlədən Azərbaycan Televiziyasının əməkdaşı xəsarət alıb.

• Ermənistan ordusunun Xızı rayonu istiqamətində atdığı raket havada zərərsizləşdirilib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 00:05

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Cəmiyyət
17 oktyabr 2026, 17:29

Elbrus dağında nadir nadir təbiət hadisəsi: "Bulud şəlaləsi" - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 16:30

Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb

Cəmiyyət
17 oktyabr 2026, 12:29

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cəmiyyət
17 oktyabr 2026, 11:59

99 yaşlı britaniyalı qadın qeyri-adi rekorda imza atıb - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 11:14

Çinin Quançjou şəhərində metroda idman zonaları yaradılıb - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 10:51

Eks-icra başçısının xanımı da ifadə verdi - "Oğlum çox şeyi onunla məsləhətləşirdi"

Cəmiyyət
17 oktyabr 2026, 10:34

Tramp Hörmüz boğazının "Tramp boğazı" adlandırılmasını təklif edib - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 09:17

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Cəmiyyət
17 oktyabr 2026, 08:59

SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb

Cəmiyyət
17 oktyabr 2026, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
17 oktyabr 2026, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Cəmiyyət
17 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 17 oktyabr

Cəmiyyət
16 oktyabr 2026, 21:50

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Cəmiyyət
16 oktyabr 2026, 17:49

Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək

Cəmiyyət
16 oktyabr 2026, 17:04

Azərbaycana kütləvi kiberhücumun yeni detalları üzə çıxdı: Ödənişli xidmətdən istifadə olunub

Cəmiyyət
16 oktyabr 2026, 16:59

Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI

Cəmiyyət
16 oktyabr 2026, 16:52

Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum öldü

Cəmiyyət
16 oktyabr 2026, 15:13

Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırış edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib

Cəmiyyət
16 oktyabr 2026, 14:59

Atanın oğluna gətirdiyi "sovqat"da narkotik aşkarlandı

Cəmiyyət
16 oktyabr 2026, 14:43

Bakının Gəncə prospektində təhlükəli vəziyyət: itlər insanlara hücum edir - VİDEO

Cəmiyyət
16 oktyabr 2026, 14:30

"Ad günü"ndən 48 il sonra... - FOTO

Oxşar xəbərlər