top
Vətən müharibəsinin xronikası: 20 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 20 oktyabr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

İnsanoid.com 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

20 oktyabr - müharibənin 24-cü günü

• Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.

• İşğaldan azad olunmuş Zəngilan şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

• Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

• Cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 "Qrad" YARS qurğusu, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib. Ordumuzun artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb, 2-ci motoatıcı alayın bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə zərbələr endirməsi ilə bağlı videogörüntülər təqdim edib.

• Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

• Müdafiə Nazirliyi məlumat verib ki, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı uğurlu əməliyyatlar aparılıb. Ümumilikdə düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş və avtomobil texnikası, artilleriya və zenit-raket qurğuları, silah və döyüş sursatları, əməliyyat-taktiki və ballistik raket qurğuları, yaylım atəşli, radioelektron mübarizə və tank əleyhinə vasitələri, o cümlədən S-300 tipli zenit-raket kompleksləri məhv edilib. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.

• Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində vurulub.

• Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya atəşləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin məhv edilməsinin videogörüntüsü yayımlanıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb, 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Düşmənin növbəti xain hücumu nəticəsində Tərtər rayonunda iki nəfər mülki şəxs həlak olub, bir nəfər yaralanıb.

• Dövlət Sərhəd Xidmətinə üzərində "İLHAMLA İRƏLİ!" və "XUDAFƏRİN BİZİMDİR!" sözləri yazılan BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Cəmiyyət
Dünən, 17:40

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Cəmiyyət
Dünən, 17:23

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

Cəmiyyət
Dünən, 15:42

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub

Cəmiyyət
Dünən, 15:04

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Cəmiyyət
Dünən, 14:21

Bir qrup energetik təltif edilib - Sərəncam

Cəmiyyət
Dünən, 12:44

Sabah rayonlara yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

DİN məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO

Cəmiyyət
Dünən, 11:55

Azərbaycan səhiyyəsində böyük dəyişiklik: TƏBİB Səhiyyə Nazirliyinə tabe edildi – vətəndaşlar üçün nə dəyişəcək?

Cəmiyyət
Dünən, 11:39

Yeni səhiyyə naziri Anar Bayramov kimdir? - DOSYE

Cəmiyyət
Dünən, 11:35

Teymur Musayev Baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin olunub

Cəmiyyət
Dünən, 10:32

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu - VİDEO

Cəmiyyət
Dünən, 10:07

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
Dünən, 08:59

Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 19 oktyabr

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Cəmiyyət
17 oktyabr 2026, 17:29

Elbrus dağında nadir nadir təbiət hadisəsi: "Bulud şəlaləsi" - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 16:30

Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb

Cəmiyyət
17 oktyabr 2026, 12:29

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cəmiyyət
17 oktyabr 2026, 11:59

99 yaşlı britaniyalı qadın qeyri-adi rekorda imza atıb - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 11:14

Çinin Quançjou şəhərində metroda idman zonaları yaradılıb - VİDEO

Cəmiyyət
17 oktyabr 2026, 10:51

Eks-icra başçısının xanımı da ifadə verdi - "Oğlum çox şeyi onunla məsləhətləşirdi"

Oxşar xəbərlər