top
Vətən müharibəsinin xronikası: 21 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 21 oktyabr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

İnsanoid.com 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

21 oktyabr - müharibənin 25-ci günü

• Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.

• Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində bildirib.

• Prezident İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə müsahibə verib.

• Düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri canlı qüvvə və döyüş texnikası itirərək geri çəkilməyə məcbur edilib. Bölmələrimiz çoxlu sayda silah-sursatı qənimət götürüb.

• Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri Füzuli və Tərtər istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus üç taktiki pilotsuz uçuş aparatını, Horadiz istiqamətində isə bir pilotsuz uçuş aparatını vurublar.

• Müdafiə Nazirliyi artilleriya bölmələrimizin gecə və gündüz atışlarının, həmçinin düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikaların videogörüntülərini yayıb.

• Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb, 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törədib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:29

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Cəmiyyət
Dünən, 17:22

Məkkədə qeyri-əxlaqi hərəkətə görə iki Banqladeş vətəndaşı edam edilib

Cəmiyyət
Dünən, 16:02

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - Sərəncam

Cəmiyyət
Dünən, 15:58

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

Cəmiyyət
Dünən, 15:16

Bakıda ev və torpaq harada daha ucuzdur?

İdman
Dünən, 14:22

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan" - MÜSAHİBƏ + FOTO

Cəmiyyət
Dünən, 14:04

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub

Cəmiyyət
Dünən, 13:28

Nəsrin Cavadzadə tənqidlərə cavab verdi: "Məhkəmədə hesablaşacağam"

Cəmiyyət
Dünən, 12:37

Sabah rayonlara yağış yağacaq

Cəmiyyət
Dünən, 12:12

Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytar həkimlərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Cəmiyyət
Dünən, 12:04

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır

Cəmiyyət
Dünən, 11:21

Kim Çen İnin sağ-salamat olduğu bildirilir

Cəmiyyət
Dünən, 09:52

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

Cəmiyyət
Dünən, 09:39

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:04

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:05

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 20 oktyabr

Cəmiyyət
19 oktyabr 2026, 17:40

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Cəmiyyət
19 oktyabr 2026, 17:23

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

Cəmiyyət
19 oktyabr 2026, 15:42

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub

Cəmiyyət
19 oktyabr 2026, 15:04

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Cəmiyyət
19 oktyabr 2026, 14:21

Bir qrup energetik təltif edilib - Sərəncam

Cəmiyyət
19 oktyabr 2026, 12:44

Sabah rayonlara yağış yağacaq

Oxşar xəbərlər