Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, Nuray Əbilova (48 kq) təkanla qaldırma hərəkətində üçüncü yerə layiq görülüb.
15 yaşlı idmançı 79 kq ağırlığı başı üzərinə qaldıraraq bürünc medal qazanıb. Daha öncə o, birdənqaldırma hərəkətində 65 kq ağırlığı qaldırmışdı.
Toplam 143 kq ağırlıq qaldıran N.Əbilova hər iki nəticəyə görə üçüncü yeri tutub.