top
Borussiyanın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu - AÇIQLAMA
Bu gün, 12:09
- ↺ +

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dortmundun "Borussiya" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda "Sabah"la keçirilən oyundan (2:1) sonra futbolçularının Bakı Olimpiya Stadionundakı (BOS) duşlardan istifadə etməməsinin səbəbi məlum olub.

"Bild" nəşri xəbər verir ki, "Borussiya" rəhbərliyi stadionun su təchizatı sistemində legionella bakteriyalarının ola biləcəyindən narahatlıq keçirib. Bu bakteriyalar insanlarda təhlükəli yoluxucu xəstəliklərə səbəb ola bilər.

Nəşrin məlumatına görə, alman klubu futbolçularının sağlamlığını riskə atmamaq üçün duşlardan istifadə etməmək qərarına gəlib. Legionella bakteriyaları, xüsusilə borularda suyun uzun müddət durğun qalması nəticəsində su sistemlərində çoxala bilər. İnsanlar duş qəbul edərkən havaya yayılan çirklənmiş su damcılarını nəfəsə çəkdikdə bu bakteriyalara yoluxa bilərlər.

Bununla belə, "Bild" Bakı Olimpiya Stadionunda legionella bakteriyalarının mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etməyib. Beləliklə, söhbət stadionun suyunda bakteriyaların aşkar edilməsindən deyil, alman klubunun ehtimal olunan təhlükə ilə bağlı narahatlığından gedir.

Məlumata görə, "Borussiya" futbolçuların oyundan sonra duş qəbul etməsi və bərpa prosedurlarından keçməsi üçün oteldəki spa zonasını da əvvəlcədən bron edib.

Xatırladaq ki, oyundan sonra alman komandasının baş məşqçisi Niko Kovaç futbolçulara stadionun duşlarından istifadə etməməyi tövsiyə etdiklərini bildirmişdi. Eyni qərar komandanın oyundan əvvəlki məşqindən sonra da qəbul olunmuşdu. Klubun idman direktoru Ole Buk isə oteldəki duşların daha cəlbedici göründüyünü söyləmişdi.

Bakı Olimpiya Stadionunun ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin rəhbəri Firuz Abdulla isə İdman.Biz-ə açıqlamasında su təchizatı və duş otaqlarının vəziyyəti ilə bağlı hər hansı problemin olduğu iddialarını təkzib edib.

"Stadionda su təchizatı ilə bağlı heç bir problem yoxdur. Həm isti, həm də soyuq su var, duş otaqları da işlək vəziyyətdədir. Komandalarımız məşq və oyunlardan sonra bu otaqlardan istifadə edirlər. Problemlə bağlı məlumatın haradan qaynaqlandığını anlamıram. Texniki məsələləri dəqiqləşdirmişəm, heç bir problem yoxdur", - deyə Abdulla bildirib.

BOS rəsmisi diqqətə çatdırıb ki, cəmi bir həftə əvvəl - oktyabrın 13-də həmin stadionda Bakı təmsilçisi "Sabah"la Praqa "Slaviyası" arasında Çempionlar Liqasının oyunu keçirilib. Həmin qarşılaşmada "Sabah" 2:0 hesabı ilə qələbə qazanıb. Firuz Abdullanın sözlərinə görə, o zaman duş otaqlarının vəziyyəti ilə bağlı heç bir narahatlıq yaranmayıb və qeyd olunan bakteriyalara yoluxma halı da qeydə alınmayıb.

"Bir daha vurğulamaq istəyirəm ki, Bakı Olimpiya Stadionu hər il beynəlxalq standartlara uyğunluq baxımından sanitariya yoxlamalarından keçir. Bu il də belə bir yoxlama aparılıb və nəticədə stadion müvafiq sertifikat alıb", - deyə Abdulla əlavə edib.

Beləliklə, Bakı Olimpiya Stadionunun su təchizatı sistemində legionella bakteriyalarının olması ilə bağlı iddialar təsdiqlənməyib. Stadion rəhbərliyi su təchizatında problem olmadığını, duş otaqlarının işlək vəziyyətdə olduğunu və arenanın zəruri sanitariya yoxlamalarından keçdiyini bildirir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:26

Sabah rayonlarda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:12

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb

Cəmiyyət
Bu gün, 11:58

MŞ jurnalistlərin adından saxta "WhatsApp" hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluqda ittiham olunaraq həbs edildi - FOTO

Cəmiyyət
Bu gün, 10:53

Lerikdə qızıl axtaranlar tutuldu: biri qayadan yıxılıb öldü

Cəmiyyət
Bu gün, 09:27

UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq

Cəmiyyət
Bu gün, 09:11

Mask Tramp administrasiyasında işləyəndə "həddini aşdığını" etiraf edib

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 21 oktyabr

Cəmiyyət
Dünən, 17:29

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Cəmiyyət
Dünən, 17:22

Məkkədə qeyri-əxlaqi hərəkətə görə iki Banqladeş vətəndaşı edam edilib

Cəmiyyət
Dünən, 16:02

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - Sərəncam

Cəmiyyət
Dünən, 15:58

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

Cəmiyyət
Dünən, 15:16

Bakıda ev və torpaq harada daha ucuzdur?

İdman
Dünən, 14:22

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan" - MÜSAHİBƏ + FOTO

Cəmiyyət
Dünən, 14:04

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub

Cəmiyyət
Dünən, 13:28

Nəsrin Cavadzadə tənqidlərə cavab verdi: "Məhkəmədə hesablaşacağam"

Cəmiyyət
Dünən, 12:37

Sabah rayonlara yağış yağacaq

Cəmiyyət
Dünən, 12:12

Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytar həkimlərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Cəmiyyət
Dünən, 12:04

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır

Cəmiyyət
Dünən, 11:21

Kim Çen İnin sağ-salamat olduğu bildirilir

Cəmiyyət
Dünən, 09:52

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

Cəmiyyət
Dünən, 09:39

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:04

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:05

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 20 oktyabr

Cəmiyyət
19 oktyabr 2026, 17:40

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Cəmiyyət
19 oktyabr 2026, 17:23

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

Cəmiyyət
19 oktyabr 2026, 15:42

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub

Cəmiyyət
19 oktyabr 2026, 15:04

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Cəmiyyət
19 oktyabr 2026, 14:21

Bir qrup energetik təltif edilib - Sərəncam

Cəmiyyət
19 oktyabr 2026, 12:44

Sabah rayonlara yağış yağacaq

Oxşar xəbərlər