Futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakıda "Sabah"la qarşılaşacaq "Barselona"nın Azərbaycana səfər tarixi müəyyənləşib.
Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdman.Biz-ə məlumat verib.
Onun sözlərinə görə, İspaniya klubu noyabrın 23-ü axşam saatlarında paytaxtımızda olacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra "Barselona" doqquz xalla turnir cədvəlinin beşinci, "Sabah" isə üç xalla 31-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.