top
Baksolda gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il müddətə cəza verilib
Bu gün, 17:04
- ↺ +

"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il müddətə cəza verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov 3 il müddətə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkəcək.

Həmçinin Azər Cümşüdov 2 il müddətə müəyyən vəzifə tutmaq hüququndan da məhrum olunub.

Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı Azər Cümşüdovun 5 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:44

Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq

Yerli xəbərlər
Bu gün, 13:44

Azərbaycan Prezidenti: "Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"

Yerli xəbərlər
Bu gün, 13:30

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Yerli xəbərlər
Bu gün, 12:11

Azərbaycan muğamı məşhur "GTA VI" oyununda səslənib - VİDEO

Yerli xəbərlər
Bu gün, 12:07

Alen Simonyan gələn ay Azərbaycana gələcək

Yerli xəbərlər
Bu gün, 12:05

Hikmət Hacıyev: "Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik"

Yerli xəbərlər
Bu gün, 10:16

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub

Yerli xəbərlər
Bu gün, 08:40

Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb

Yerli xəbərlər
Dünən, 17:07

Vəfat edən kuryeri iş yoldaşları son mənzilə yola saldılar - VİDEO

Yerli xəbərlər
Dünən, 15:03

23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi

Yerli xəbərlər
Dünən, 14:33

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Xarici xəbərlər
Dünən, 13:46

NASA-nın kosmodromu yaxınlığında qar adamı görüldü – 77 yaşlı qadının sirli qarşılaşması

Xarici xəbərlər
Dünən, 12:54

Rusiyada dələduzların yeni fırıldağı: Pensiyaçını 1,9 milyon rublundan "barmaq izi ekspertizası" adı ilə məhrum etdilər

Xarici xəbərlər
Dünən, 12:01

Mustafa Sandalın həyat yoldaşı 1,5 milyard lirəni geri qaytardığını açıqladı

Xarici xəbərlər
Dünən, 11:19

"Dağ kimi sarsılmaz": Putin və Si Trampla üçtərəfli görüşdən bir gün əvvəl mövqelərini uzlaşdırdılar – INSANOID.COM-un İCMALI

Yerli xəbərlər
Dünən, 09:51

Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir

Xarici xəbərlər
Dünən, 09:46

Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib

Xarici xəbərlər
Dünən, 09:25

Amerikalı diplomat Beyrutda əsgərlərlə "jim vurdu" - VİDEO

Xarici xəbərlər
Dünən, 09:09

Monqolustanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti göstəriləcək

Yerli xəbərlər
17 noyabr 2026, 17:33

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Yerli xəbərlər
17 noyabr 2026, 17:32

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Yerli xəbərlər
17 noyabr 2026, 16:25

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Yerli xəbərlər
17 noyabr 2026, 16:18

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşib

Oxşar xəbərlər