Ötən gün Bakıda, metronun "20 Yanvar" stansiyasının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində kuryer vəfat edib.
Avtomobillə motosikletin toqquşması nəticəsində motosikleti idarə edən Asif adlı şəxs hadisə yerində dünyasını dəyişib.
Mərhumun iş yoldaşları onu son mənzilə yola salmaq üçün bir araya gəliblər.